Dəri detoksu nədir?
Tarix: 21-09-2019, 21:10
Baxılıb: 1 861
Google+ Paylaş
Tumblr Paylaş

Dəri detoksu nədir?

21-09-2019, 21:10

Detoks, bədənimizə müxtəlif yollarla daxil olan və tullantı maddə olaraq çölə atılmağı gözləyən zərərli toksinlərdən xilas olmağa verilən addır. Adətən zəifləmə üsullarında mütəxəssislərin təklif etdiyi detoks artıq cildə də tətbiq edilir. Dərinizi ölü dərilərdən təmizləmək, qidalanmasını təmin etmək, həm daxildən, həm də xaricdən dəstək ilə daha təzə və enerjili bir görünüşə sahib olmaq istəyirsinizsə mütləq hər ay bir dəfə dəri detoksu etməlisiz. Dəri detoksu dərini təzə və canlı göstərərkən eyni zamanda qadınların ən böyük dəri problemlərindən biri olan qara nöqtə və sızanaqların aradan qaldırılmasına yardımçı olur. Bəs evdə dəri detoksu necə edilir? Dəri detoksunda hansı məhsullar istifadə edilir? Dəri detoksunun püf nöqtələri nələrdir?

1- DƏRİ BAXIMINDA SU ÇOX ƏHƏMİYYƏTLİDİR

Dərinizin daim rütubətli, baxımlı və parlaq görünməsi üçün daim təmizləməli və su içməyi əsla laqeydlik etməli deyilsiz. Gecə yatarkən silinməyən makiyaj qalıqları bir müddət sonra dəri ləkələrinə hətta böyük sızanaqlara səbəb ola bilər. Dəri detoksu bu addımda çox mühüm rol oynayır. Üzünüzü səhər axşam bir təmizləyici ilə yuyub, sonra tonika və ya gül suyu ilə silin. Bu arada təmizləyici dəri ehtiyacınıza görə seçə bilərsiz. Məsələn, quru bir dəriniz varsa, səhərlər yağ növündəki təmizləyiciləri, axşam isə köpük olanları etmək olar.

2- MƏSAMƏLƏRİ TƏMİZLƏYİN

Bayırdakı pis hava, siqaret dumanı, makiyaj qalıqları və səhv məhsul istifadə cilddə dəliklərin açılaraq qara nöqtələrə çevrilməsinə səbəb olur. Qara nöqtələr aparılmadığı zaman erkən yaşlanma kimi dəri problemləri də qaçılmaz olur. Sıx, parlaq və gənc görünmək üçün bu addımda duş sonrası çox əhəmiyyətlidir. İsti su və buxarın təsiri ilə açılan dəliklərə mütləq tonika uygulamalısınız. Əgər qara nöqtələriniz varsa, hazır buxardan sonra yumşalmış salfet köməyi ilə çox ehtiyatla sıxıb təmizləyə bilərsiz. Yumşaq bir peeling ilə də üzünüzə idarəli bir şəkildə dairəvi hərəkətlərlə masaj edərək dəri səthindəki ölü dərilərdən xilas ola bilərsiz. Sonra sıxılaşdırıcı bir tonika istifadə etməyi laqeydlik etməyin. Gil və kömür tərkibli maskalar də dərini dərindən təmizləmədə olduqca faydalı vasitələrdir.

3- DƏRİNİZİ NƏMLƏNDİRİN

Dərinin hamar görünməsi üçün nəmləndirici tətbiq etmək şərtdir. Soyuq küləklərin təsiri həm də qabıq qabıq görünən dəri ölü dərilərin uzaqlaşmasını təmin etmək üçün nəmləndirici istifadə etməlisiniz. Dəri detoks ilə birlikdə cilddə parlaqlıq və canlılıq yaranarkən rütubət problemi ortadan qalxar. Bunun yanında dəri detoksu, dəridə qan dövranı sürətləndirərək qırış əmələ gəlməsinin də qarşısını alır. Cild, daha hamar və yumşaq olur.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ