Rəngli doppler nədir və kimlərə məsləhətdir? – Təkcə hamilələr üçün deyil
Tarix: 19-09-2019, 19:10
Baxılıb: 1 508
Google+ Paylaş
Tumblr Paylaş

Rəngli doppler nədir və kimlərə məsləhətdir? – Təkcə hamilələr üçün deyil

19-09-2019, 19:10

Rəngli doppler bir ultrasəs müayinəsi olub müxtəlif xəstəliklər və damar patologiyalarını müayinə etməyə imkan verir.

Səhvən elə düşünülür ki, doppler sadəcə hamiləlik zamanı tətbiq edilən bir üsuldur. Hamiləlikdən əlavə qadınlarda və kişilərdə müxtəlif xəstəliklərin müayinəsi üçün istifadə edilir və damar patologiyasını aşkar edir.

Avromedia.az bildirir ki, ultrasəs cihazı səs dalğaları ilə işləyir. Doppler ultrasəs isə bu səs dalğalarının qan damarları içərisindəki qan hüceyrələrinə çırpıb geri əks olunarkən fekans dəyişməsindən faydalanaraq alınır. Rəngli doppler isə əlavə olaraq damarlarda qanın sürətini, axım istiqamətini qırmızı- mavi rənglərlə göstərir. Ekranda görünən damarlar üzərində bu rənglər görünür.

Rəngli doppler ultrasəsi ilə ən çox araşdırıla bilən damar uşağın göbək ciyəsindəki damarlardır (umblikal damarlar). Bundan əlavə uşaqlıq damarları, beyin damarları, kardial damarlar kimi müxtəlif damarlar yoxlanılır. Xüsusilə bətndaxili inkişaf geriliyi olan dölün yoxlanılması, anomaliyalar, ürık ritm pozulmaları və s. şübhə olduqda doppler müayinəsi aparılır. Rəngli doppler müayinəsi hamiləlik zamanı mütləq vacib müayinə deyildir. Hamiləliyin 20-ci həftəsindən aparıla bilir.

Göstərişlər:

•Tez- tez təkrarlanan baş ağrıları, başgicəllənmələr
•Vaxtaşırı baş verən bayılmalar
•Əllərdə, ayaqlarda keyimə və soyuqluq hissi
•Aşağı ətraflarda baş verən ağırlıq və şişkinlik hissi
•Varikosele aşkar edilməsi üçün
•Hamiləlik zamanı transplasentar qan dövranının yoxlanılması üçün

Bioloji təbabət klinikasında aşağıdakı doppler müayinə üsulları həyata keçirilir:

•Hamiləlik doppleroqrafiyası
•Braxisefal arteriyaların tripleks dopleroqrafiyası
•Baş damarlarının intrakranial doppleroqrafiyası
•Ətrafların vena və arteriyalarının doppleroqrafiyası
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ