Qan niyə təmizlənməlidir?
Tarix: 2-09-2019, 18:50
Baxılıb: 1 638

Qan niyə təmizlənməlidir?

2-09-2019, 18:50

Membran plazmaferez nəyə görə olunmalıdır? Çünki bu zaman insanın qanı (plazması) təzələnir. Maşının mühərrikinin yağının dəyişilməsi kimi, insanında qanının təmizlənməsi orqanizmi uzun müddət yaxşı vəziyyətdə saxlayır.

Plazma – hüceyrələrə yaşamaq üçün lazımi maddələri çatdıran və onların həyat fəaliyyəti məhsullarını, başqa artıq maddələri daşıyan nəqliyyat mühitidir. Normada cavan yaşlarda plazmanın rəngi sarı və şəffaf olur. Çünki təmizləmə orqanları bütün artıq maddələri böyrəklərdə filtrasiya oluna biləcək hala gətirir və sidiklə orqanizmdən çıxarırlar.
Yaşla əlaqədar olaraq və əlverişsiz ekoloji şəraitdə 30-35 yaşdan etibarən, həmçinin müxtəlif xəstəliklər zamanı təbii təmizləmə orqanları qanda yığılan artıq maddələrin öhdəsindən gələ bilmir. Bu andan qanda kimyəvi aktiv maddələrin miqdarı artmağa başlayır.

Bu zaman plazmanın rəngi dəyişir. İmmunitet pozğunluqlarında plazma adətən yaşıl, qaraciyər xəstəliklərində qırmızımtıl, mədəaltı vəzin şikayətlərində boz, yüksək xolesterin zamanı bulanıq olur və süd rənginə çalır. Qandakı bu maddələr qanın qatılığını artırır, orqanların işini pozur, müxtəlif xəstəliklərin yaranmasına səbəb olur.

Buna görə də bu maddələri qandan çıxarmaq lazımdır. Bunun üçün isə müasir tibbdə ən effektiv və təhlükəsiz üsul membran plazmaferezdir.

Plazmaferez və ozonoterapiya prosedurları yanaşı aparıldıqda müalicəvi təsir daha effektli olur.

Əgər sizin də yuxarıda sadalanan şikayətləriniz varsa "Efferent Terapiya" mərkəzi sizin xidmətinizdədir.
Onu da qeyd edək ki, ilk dəfə 1998-ci ildə membranlı plazmaferez metodunu tibb üzəri fəlsəfə doktoru, həkim anestizioloq-reanimatoloq B.Ə.Hüseynovun rəhbərliyi altında Azərbaycan Respublikasının müxtəlif bölgələrində tətbiq olunmuşdur.
скачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ