Doğuşun başlanmasını öyrənmək üçün 10 səbəb
Tarix: 31-08-2019, 20:40
Baxılıb: 1 669
Google+ Paylaş
Tumblr Paylaş

Doğuşun başlanmasını öyrənmək üçün 10 səbəb

31-08-2019, 20:40

Doğuşa hazırlaşan hamilə qadınlar bir neçə gün və ya həftə əvvəlcədən xəstəxanaya yerləşməmələri üçün doğuşun xəbərdaredici ilk əlamətlərinə diqqət etməlidirlər.

İstisnasız olaraq bütün hamilə qadınları doğuş vaxtının nə zaman olacağı çox maraqlandırır.Və məhz bu suala dəqiq cavab vermək mümkün deyil.Həttta əgər qadın,mayalanma tarixini dəqiqliklə gününə,saatına kimi bilirsə də,hamiləliyin və uşağın inkişafına təsir edən bütün faktorları nəzərə alaraq dəqiq tarix demək mümkün olmur.Hər bir qadın-özəldir.Odur ki,hər bir hamilə qadının doğuşu da öz ssenarisi üzrə keçəcək.Bu həmçinin doğuşun müddətinə də aiddir.Normal fizioloji doğuş hamiləliyin 38-42-ci həftəsii ərəfəsinə təsadüf edir.Orta hesabla götürülsə,həkimlər hesab edir ki,normal hamiləlik 280 gün çəkir.Bu rəqəmdən yola çıxaraq,onlar doğuş vaxtını hesablayırlar.
Doğuş vaxtını hesablamaq üçün bir neçə üsul mövcuddur.Məs..,özünüzün də asan üsulla hesablaya biləcəyiniz bir üsulu qeyd edim:Axırıncı menstruasiyanın ilk günündən geriyə doğru 3 təqvim ayı çıxın,alınan tarixə isə bir həftə (7 gün) əlavə edin.Məsələn,son menstruasiyanın ilk günü ,10 aprel olubsa ,geriyə doğru 3 ayı çıxsaq(mart,fevral,yanvar,) alınan tarix 10 yanvar edir,onun da üzərinə 7 gün gələndə 17 yanvar.Deməli ,sizin doğuş tarixiniz təxminən 17 yanvar tarixinə düşür.

Doğuşun vaxtını hesablamaq üçün sırf həkimin edə biləcəyi digər üsullar da mövcuddur,məs,uşaqlığın ölçülərinə ,qarnın həcminə və yerləşməsinə və s. əsasən.Ancaq bu üsullar da tam əminliklə doğuşun dəqiq tarixini hesablamağa zəmanət vermir.Buna görə də,doğuşa hazırlaşan hamilə qadınlar bir neçə gün və ya həftə əvvəlcədən xəstəxanaya yerləşməmələri üçün doğuşun xəbərdaredici ilk əlamətlərinə diqqət etməlidirlər.
Doğuşun xəbərçiləri.
Doğuş günü yaxınlaşdıqca,bir sıra müəyən əlamətlər meydana çıxır ki,bunlar doğuşa az müddət qaldığından xəbər verirlər.

1.Tənəffüs etmək asanlaşır.
Uşağın aşağıya doğru yerdəyişməsi nəticəsində diafraqma və mədəyə düşən təzyiq azalır.Tənəffüs rahatlaşır.Mədədə göynəmə hissi keçir.Eyni zamanda qarnın aşağı hissəsinə düşən təzyiq artır.Oturmaq və gəzmək bir qədər çətinləşir.Uşağın aşağı doğru yerdəyişməsindən sonra hamilə qadında yuxu problemi yarana bilər,çünki bu zaman uzanmaq üçün uyğun vəziyyət tapmaq bir qədər çətin olur.

2.İştahanın dəyişməsi.
Doğuşdan öncə iştaha dəyişə bilər.Əksər hallarda iştahasızlıq yaranır.Yaxşı olar ki,bu dövrdə ərzaq seçərkən qadın öz intuisiyasına güvənsin və istədiyi ərzaqdan istədiyi qədər yesin.Özünü məcbur edib " iki nəfərin yerinə” yemək lazım deyil.

3.Bədən kütləsinin azalması.
Doğuşdan öncə qadının çəkisi bir qədər azala bilər,təxminən 1-2 kq.Bunun isə səbəbi amnion kisəsini böyük hissəsini tutmuş dölün həcmi iə müqayisədə kisədə artıqlıq edən dölyanı mayenin qana sorulması və sidik-ifrazat sistemi tərəfindən xaric olunmasıdı.Bu zaman qanın maye hissəsinin azalması hesabına qanda bir az qatılaşma da yaranır ki,bu ,doğuş vaxtı həddən artıq qanitirmənin qarşısını almağa kömək edir.

4.Qarnın "enməsi”.
Qadın hiss edə bilər ki,qarnı bir qədər aşağı enib.Qarnın enməsinin səbəbi,dölün öndə gələn hissəsinin (baş,çanaq və s) enməsi , kiçik çanağın girişinə doğru yerdəyişməsi və qarnın press əzələlərinin tonusunun azalması hesabına uşaqlıq dibinin önə doğru meyl etməsi ilə əlaqədardır.Uşaq çanaq nahiyəsində daha dərinə doğru enməyə başlayır.İlk doğan qadınlarda bu hadisə doğuşa 2-4 həftə qalmış müşahidə olunursa,təkrar doğanlarda bir neçə gün əvvələ təsadüf edir.

5.Əhval-ruhiyyənin gözlənilmədən dəyişilməsi.
Əhval –ruhiyyənin dəyişilməsi,doğuş öncəsi orqanizmdə baş verən bir sıra neyro-endokrin prosesslərlə əlaqəli olur.Enerji partlayışları müaşhidə oluna bilər.Yorğunluq və inert vəziyyət qəfildən aktiv fəaliyyətlə əvəz oluna bilər.”Yuvaqurma” instinkti yaranır:qadın uşağın gəlişinə hazırlaşır:evi təmizləyir,yuyur,yığışdırır və s..Sadəcə ifrata yol vermək və özünü həddən çox yormaq lazım deyil.

6.Sidiyə çıxmanın və defekasiyanın sayının artması.
Sidik kisəsinə göstərilən təzyiq artdığından sidiyə çıxmaq istəyinin tezliyi artır.Doğuş hormonları bağırsaqlara da təsir edərək,bir növ doğuş qabağı "təmizlənmə” həyata keçirirlər.Bəzi qadınlarda siə,qarnın aşağı hissəsində yüngül spazm və ishal ola bilər.

7.Belin aşağısında ağrı.
Uşağın aşağı doğru yerdəyişməsindən sonra ,qadın belin aşağı hissəsində diskomfort hiss edə bilər.Bunun səbəbi isə bir tək uşağın onurğaya göstərdiyi təzyiq yox,eyni zamanda büzdüm-qalça bağının gərilməsi hesabına olur.

8.Dölün hərəki aktivliyinin dəyişilməsi.
Uşaq ya bir müddətliyinə sakit durar,ya da aktiv hərəkətlər edər,bir növ özünün doğulması üçün uyğun ritm və vaxt seçməyə başlayır.

9.Yalançı sancılar
Hamiləliyin 30-cu həftəsindən sonra yalancı sancılar müşahidə oluna bilər.Qeyri-müntəzəm olan bu sancıları doğuşun hazırlıq (preliminar) dövründə səhv olaraq doğuşun başlanması kimi qiymətləndirilir.Hamilə qadın,bu tip sancıları doğuşa bir neçə həftə qalmış da hiss edə bilər.Əgər sancılar müntəzəm ritmə düşmürlərsə və sancıarası dövr get-gedə qısalmırsa,bu sancılar doğuşun bir qısa müddət ərzində başlanmasına dəlalət etmir.

10.Doğuşun başlanmasının 3 əsas əlaməti var:
-Sancı-Doğuşun başlanğıcını, uşaqlıq əzələlərinin müntəzəm yığılmalarının başlanması anını hesab etmək olar.Bu andan etibarən hamilə qadını zahı adlandırırlar.Ritmik yığılmalar qarın boşluğunda təzyiq hissiyatı ilə özünü biruzə verir.Uşaqlıq sanki ağırlaşır, təzyiq bütün qarın boşluğunda hiss olunur. Bu zaman sancının özü yox, onun hansı ritmlə təkrarlanması vacib əhəmiyyət daşıyır. Əsl doğuş sancıları hər 15-20 dəqiqədən bir təkrarlanmalıdırlar.(başqa dövrilik də ola bilər)Tədricən interval azalır: sancılar hər 4-5 dəqiqədən bir təkrarlanır. Sancılar arası dövrdə qarın yumşalır, bu zaman zahı qadın istirahət etməyə çalışmalıdır.
-Uşaqlıq yolundan boyun seliyinin xaric olması-selik tıxacı.Selik tıxacı doğuşdan 1-2 həftə öncə də xaric ola bilər, 3-4 gün öncə də.Bu uşaqlıq əzələlərinin yığılmasından sonra baş verir,.uşaqlıq boynu kanalının genişlənməsi başlayır ,bu zaman həmin nahiyədən tıxac ifraz olunur.Selik tıxacı hamiləlik ərzində uşaqlıq boynu kanalının bağlı qalmasını təmin edirdi,bununla da onu xarici mənfi təsir və yoluxmalardan qoruyurdu.Selik tıxacının çıxması doğuşun başlandığını göstərən mütləq əlamətlərdən biridi.Selik tıxacı şəffaf,sarımtıl və ya qanla qarışmış şəkildə ola bilər.
-Dölyanı mayenin açılması.Döl kisəsi qəfil cırıla bilər bu zaman su güclü axınla xaric olur,bəzən isə kisənin az zədələnməsi hallarında yavaş-yavaş axa bilər.Bəzən,xüsusən də təkrar doğan qadınlarda dölyanı mayenin açılması,sancılar başlamamış ola bilər.Döl kisəsinin cırılması zamanı heç bir ağrı hiss olunmur.Sancılardan öncə su açılmışsa.dərhal xəstəxanaya getmək lazımdır.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ