Ovuclarına bax, xəstəliyini gör – Qaraciyər, öd, ürək...
Tarix: 30-08-2019, 17:05
Baxılıb: 1 637

Ovuclarına bax, xəstəliyini gör – Qaraciyər, öd, ürək...

30-08-2019, 17:05

Mütəxəssislər bildirir ki, insan özü də bədənində baş vermiş dəyişikliklərlə səhhətində problemin başladığını vaxtında görə bilər.

Avromedia.az ovucların içinə baxmaqla hansı xəstəlikləri təyin etməyin mümkün variantlarını təqdim edir.

- Əgər barmaqlar, dırnaqlar göyərirsə, qan dövranı zəifləyib, oksigen çatmır. Bu aşağı hemoqlobin, ürək-damar xəstəliyinə işarədir. Kardioloq və terapevtə getmək vaxtıdır.

- Barmaqların ucları enlənir (barabanların çubuğları kimi), dırnaqlar qabarırsa (saat şüşəsinə bənzəyir) - bu ağır ürək xəstəliyinin, ürək çatışmazlığının əlamətidir.

- Ovuclar tez-tez tərləyirsə, parlayırsa - qalxanvari vəzi problemi var. Endokrinoqa getmək və şəkəri də yoxlatmaq lazımdır.

- Barmaqların sümükləşməsi, bərkiməsi, əyilməsi, sümük çıxıntısı - osteoporoz, sümük əriməsi əlamətidir. Bütün oynaqlar, xüsusən bel, çanaq yoxlanmalıdır.

- Biləyin, əlin şişməsi - beyində törəmə və başqa problem əlamətidir. Xüsusən 50 yaşından sonra rast gəlinirsə, dərhal həkimə müraciət etmək lazımdır.

- Barmaq oynaqlarının şişməsi, podaqranın, artritin əlaməti ola bilər.

- Əllərin içi qırmızıdırsa - qaraciyər, öd problemidir

- Eləcə də sarı ovuclar - hepatit, sirroza işarə ola bilər.
скачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ