İsti çay içmək xərçəng yaradır? - Həkim izah edir
Tarix: 26-08-2019, 18:50
Baxılıb: 1 635

İsti çay içmək xərçəng yaradır? - Həkim izah edir

26-08-2019, 18:50

Çay ölkəmizdə ən çox içilən mayelərdən biridir. Evimizə qonaq gələndə  ona yeməkdən qabaq və sonra çay təklif edirik.

Bəs görəsən məlumatımız varmı ki, çay, kofe və digər mayeləri çox isti qəbul etdikdə bunun bizə nə kimi zərərləri ola bilər? Hətta belə məlumatlar da yayılıb ki, isti çay qida borusu xərçəngi yarada bilir.

Tibb elmləri doktoru Adil Qeybulla mövzu barədə danışıb.  

Ekspert isti içkilərin xərçəng yaratmasının bir mənalı şəkildə sübut olunmadığını deyib:

"Məsələ burdadır ki, kofe, çay yaxud digər maddələrin xərçəng xəstəliyi törətməsi birmənalı sübuta yetirilməyib. Amma isti içki təkcə boğazı deyil, həm də qida borusunu, mədə divarlarını qıcıqlandırır. Bu da uzun müddət isti çay içən insanlarda ciddi xəstəliklər yaranması  ehtimalını artır".

Adil Qeybulla əlavə edib ki, yüksək temperaturlu mayelər qida borusunun yanmasına səbəb ola bilər :

"Əlbətdə 40 dərəcə temperatura qədər olan mayelərin həzmə ciddi bir təsiri yoxdur, amma 60 dərəcə və daha üstü olan mayelər qida borusunun bu və ya digər dərəcədə yanmasını təmin edir. Bu zaman ən çox əziyyəti mədə çəkir. Ümumiyyətə çox yüksək temperaturda olan xörəyin, çayın və digər qaynar suların qəbul edilməsi qəti məqsədə uyğun deyil. Onları müəyyən bir optimal temperaturda qəbul etmək lazımdır. Buna diqqət etmək lazımdır ki, əgər mayeni ağızda saxlamaq mümkündürsdə, onu udmaq lazımdır. Əsas kriteriya bu olmalıdır".
скачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ