Dondurmanın faydası və zərərləri – Həkim məsləhəti
Tarix: 30-07-2019, 08:23
Baxılıb: 1 035

Dondurmanın faydası və zərərləri – Həkim məsləhəti

30-07-2019, 08:23

Dondurma təbii süddən və yağdan hazırlanarsa, insan orqanizminə çox faydalı olar.
Bunu Axar.az-a açıqlamasında dietoloq Səlim Əhədov deyib. O bildirib ki, dondurma yay mövsümündə yeyilə biləcək ən uyğun qidalardan biridir:
“Bir neçə çeşiddən ibarət olan dondurmanın ən uyğun olanı meyvəli dondurmalardır. Çünki həmin dondurmada meyvə miqdarı daha çox olur və bu da insan orqanizminə xeyirlidir.
Dondurmanın təbii süddən hazırlanması çox önəmlidir. Təbii süddə çoxlu miqdarda kalsium, protein, karbohidrat və yağ mövcuddur ki, bu da insana, xüsusilə uşaqlara çox faydalıdır”.
Dietoloq dondurmanın bəzi hallarda zərərli ola biləcəyini qeyd edib:
“Həddən artıq dondurma qəbul etmək iltihablı xəstəliklərin daha da kəskinləşməsinə səbəb ola bilər. Həmçinin, keyfiyyətsiz dondurmalar onikibarmaq bağırsağında xora olanlarda, şəkərli diabetlərdə, mədə xorası olanlarda bəzi narahatlıqlar yarada bilər. Boğazında infeksiya və dondurmanın tərkibindəki müəyyən maddələrə allergiyası olanlar da diqqətli olmalıdır. Ümumiyyətlə, dondurma alarkən və yeyərkən mütləq şəkildə tərkibinə, keyfiyyətinə önəm vermək lazımdır”.
Həkim həmçinin, dondurmanı acqarına və ya diri-diri yeməyin boğazda və mədədə müəyyən problemlərə yol aça biləcəyini bildirib.
скачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ