Koronavirusa yoluxanların DİQQƏTİNƏ- MÜTLƏQ OXUYUN
Tarix: 4-12-2021, 15:15
Baxılıb: 1 049
Google+ Paylaş
Tumblr Paylaş

Koronavirusa yoluxanların DİQQƏTİNƏ- MÜTLƏQ OXUYUN

4-12-2021, 15:15

Son zamanlarda insanlarda rast gəlinən problemlərdən biri də qan laxtalanmasıdır. Aydındır ki, bu problem COVID-19 infeksiyasından sonra daha çox özünü göstərməyə başladı.

Laxtalanmanın hansı səbəbdən yarandığı ilə bağlı Mərkəzi Neftçilər Xəstəxanasının həkimi, cərrah Ramil Əliyev fikirlərini bildirib. Həkim deyir ki, qan laxtalanması hər hansı xəstəliyin əlamətidir.

“Qan damarlarının divarlarında dəyişikliklər baş verir ki, onlar da qan dövranının pozulmasına gətirib çıxarır. Yəni laxtalanma dedikdə bunu nəzərdə tuturuq. Qan dövranının pozulması qan xəstəliyi deyil, qan divarlarının xəstələnməsidir. Laxtalanma daha çox 50-60 yaşdan yuxarı şəxslərdə müşahidə olunur”.

Cərrah onu da bildirir ki, qadınlarda daha çox görülən “TROMB” venaların genişlənməsi və o genişlənən divarlarda qan axınının zəifləməsi nəticəsində damarların böyüməsi, böyük bir laxta şəkli almasıdır. O qeyd edir ki, aşağı ətraf venaların genişlənməsi varikoz genişlənməsidir. Bu, TROMB deyil. Sadəcə kiçik damarların venalarının genişlənməsi nəticəsində içəridə qan dövranının pozulması və içində qanın çox zəif axmasıdır.

“Bu damarlar böyüdükcə dəridən kənara çox kobud şəkildə çıxaraq qabarır. İnsanlar bu qabarıq içində gördüyü göy rəng venoz qanı TROMB kimi dəyərləndirirlər. Halbuki bu da Tromb deyil. Bu sadəcə genişlənmiş venalar və venulalardır”.

Dr. R.Quliyev sonda əlavə edir ki, alimlərin dediyinə görə, COVID-19 xəstəliyi yalnız ağ ciyər xəstəliyi deyil, bu, bütün bədənin iltihabi xəstəliyidir.

“COVID-19 virusu bədənə daxil olduqdan sonra çox böyük, sarsıntılı şəkildə dəyişikliklər baş verir. Bu dəyişikliklər təkcə virusun və mikrobun daxil olmasından irəli gəlmir. Bədənin reaksiya verməsindən sonra başlayır. Bu şəkildə öz-özünə laxtalanmaya meyillilik baş verir. Nəticədə xəstələrdə kiçik kapilyar dövranı olan ağciyər, qaraciyər və daha kiçik kapilyarlar dövranı olan orqanlarda geri dönmə prosesləri baş verir. Qan öz-özünə kiçik damarlarda laxtalanıb qalır. Bunun nəticəsində hüceyrələr ölməyə başlayır. Ağciyərdə sekroz, beyində insult, ürəkdə infarkt olur”.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ