Siqareti necə tərgitmək olar?
Tarix: 3-12-2021, 08:00
Baxılıb: 1 260
Google+ Paylaş
Tumblr Paylaş

Siqareti necə tərgitmək olar?

3-12-2021, 08:00

Siqaret ağciyər və digər orqan xərçənginin əsas səbəblərindən biridir. İnsan siqareti tərgitdikdən sonra 10 il ərzində ağciyərləri bərpa olur. Bəziləri iradəsinin gücünə inanmayaraq, imtina yolunu seçmir. Lakin siqareti asan tərgitmək üçün bəzi sirlər var.

Bu sınanmış metodlar ən azı 3 aya təsirini göstərəcək. Çox stajı olan siqaret çəkənlər üçün ilk 10 gün çox çətin ola bilər.

Nikotin asılılığından çıxan zaman psixoloji, fiziki əlamətlər ola bilər.

1-ci sirr: Siqareti tərgitməyə başlayanda bunu mütləq gündəlik həyat rejiminizi dəyişdiyiniz vaxta salın. Məsələn, səyahət, istirahət, şəhərdən uzaqlaşanda və s. Daha sakit zehin və təbiət sizə kömək edəcək. Gündəlik iş və problemlər insanı siqaret çəkməyə vadar edir.

2-ci sirr: Mütləq öncədən əsəbiləşən zaman siqareti nə ilə əvəz edəcəyinizi dəqiqləşdirin. Bunun üçün xüsusi mentollu, nikotin dadlı tabletlər, saqqızlar, plastırlar, antitütün preparatlar var. Bəlkə həmin vaxt sizə sadəcə qəhvə və ya bir içki kömək edə bilər. Xüsusi nikotinli plastırlar gün ərzində qana sovrulur. Ona görə təsiri bir qədər gec ola bilər. Eləcə də B3 vitamini – nikotin turşusu adlanan preparat da siqareti tərgitməkdə kömək edir.

3-cü sirr: Siqaret tərgitmək üçün alternativ tibbi metodlar var. Məsələn, refleksoterapiya. Yaxşı bir mütəxəssis tapıb, məhz nikotin asılılığına qarşı uyğun nöqtələrə iynəbatırma edin. Ən azı 2 kurs keçmək lazımdır.

Psixoloji olaraq hipnoz metodu da effektiv təsir edir. Bunun üçün də yaxşı mütəxəssisin olması vacibdir.

Ümumiyyətlə, siqaret tərgidən adamı bu yolda tək qoymayan bir mütəxəssis olmalıdır: ya psixoloq, ya psixoterapevt və ya yaxşı bir dost.

Belə bir xalq üsulu var: əgər siqaretdən iyrənmək və imtina etmək istəyirsizsə, siqaretləri süddə isladıb, sonra qurudub çəkmək lazımdır.

Ümumiyyətlə, sizdən öncə siqareti tərgidənlərdən kimisə tapıb, onun hekayəsini, təcrübəsini mütləq öyrənin, həmişə kimlərləsə bu məsələni müzakirə edin.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ