Nevralgiya ilə ürək ağrısını necə ayırd etməli?
Tarix: 13-07-2019, 17:34
Baxılıb: 1 763
Google+ Paylaş
Tumblr Paylaş

Nevralgiya ilə ürək ağrısını necə ayırd etməli?

13-07-2019, 17:34

Ürək ağrısı ilə kürəyin arxasında qabırğalararası nevralgiya ağrısını qarışdırmaq hallarına çox rast gəlinir.
Bəzən insan kürəyində dəhşətli ağrı, yanğı hiss edir, gərginləşir və ürəyinin ağrıdığını, hətta infarkt olduğunu düşünür.

Çox insan bu vəziyyətin keçməsini gözləyib, təcili yardım çağırmır, bəziləri isə qorxudan tibbi yardım çağırıb, səhəri kardioloqa qaçır.

Avromedia.az bu iki halı ayırd etmək və ürəkdən qaynaqlanan ağrını vaxtında aşkarlamaq üçün nevralgiya ilə ürək ağrısını fərqləndirməyin üsulunu təqdim edir:

-Ürək ağrısında həzm sistemi də buna qoşulur. Ürəkbulanma, mədədə yanma, qaytarma və s.
-Təngnəfəslik - ağrı ilə yanaşı sakit oturaq halda belə təngnəfəslik keçmirsə, insan çətin nəfəs alırsa, deməli, ağrı ürəkdəndir.

- Ürək ağrısı dalğavari gəlib keçir, yandırıcıdır, aktiv hərəkət etdikdə güclənir. Arada zəifləyir, nitroqliserin qəbulundan sonra səngiyir.
-Əgər insan uzananda, pozasını dəyişəndə ağrının gücü dəyişirsə, nitroqliserindən sonra da azalmırsa, o zaman bu ürək yox, nevralgiya ağrısıdır.

- İnfarktdan bir neçə gün, hətta 1-2 həftə öncədən ağrı siqnalları olur. Nevralgiya ağrısı isə 1 həftə ağrıyıb, sonra 1-2 həftə itir.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ