Bu əlamətlərə diqqət edin — Ürək problemindən xəbər verir
Tarix: 11-07-2019, 20:24
Baxılıb: 1 068

Bu əlamətlərə diqqət edin — Ürək problemindən xəbər verir

11-07-2019, 20:24

Döş qəfəsində ağrı və sancı, fiziki gərginlikdən nəfəs çatışmazlığı, ürək döyüntüsünün sürətlənməsi, qəfil zəiflik-bütün bunlar ürək probleminin simptomlarıdır.
Avromedia.az xəbər verir ki, alimlər ürək probleminə dəlalət edən yeni simptomlar barədə danışıblar. Saç tökülməsi, ayaqlarda ağrı və şiş də ürək-damar sistemi xəstəliklərinin carçısı ola bilər.
Əgər zaman keçdikcə bu simptomlar keçmirsə, mütləq kardioloqa müraciət edin. Statistika yalan demir: keçəl kişilərin əksər halda ürək problemləri olur.
Bundan əlavə, damaq iltihabı, bədəndə sarımtıl səpkilər üzə çıxırsa, həkimə müraciət edin. Çünki sarımtıl səpki orqanizmdə lipid mübadiləsinin pozulmasını, damaq iltihabı isə qan dövranında problemlərin olduğunu bildirir.
скачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ