Rusiyada bədbəxt hadisə: ölənlərin sayı 11-ə çatdı – BU GÜN MATƏM OLACAQ
Tarix: 22-05-2021, 10:34
Baxılıb: 2 594
Google+ Paylaş
Tumblr Paylaş

Rusiyada bədbəxt hadisə: ölənlərin sayı 11-ə çatdı – BU GÜN MATƏM OLACAQ

22-05-2021, 10:34

Rusiyanın Taqanroq şəhəri yaxınlığında Sukanal idarəsinin işçilərinin həyata keçirdiyi təmir zamanı bədbəxt hadisə baş verib.
Avromedia.az bu barədə xarici mətbuata istinadən xəbər verir.
Mənbə yazır ki, onlar mayın 21-də Rostov vilayətinin Neklinovsk rayonunun Dmitriadovka kəndindəki qəzanın aradan qaldırılması üçün işlər görüblər.
İlkin məlumatlara görə, kollektorda metan sızması olub. Təhlükəsizlik qaydalarını kobud şəkildə pozan işçilər fərdi qoruyucu vasitə taxmayıblar.
İstintaq Komitəsi işçilərin ölümü ilə bağlı cinayət işi açıb. Rostov vilayətində 22 may matəm günü elan edilib.
Qeyd edək ki, Taqanroq xəstəxanasında zərər çəkənlərdən daha biri vəfat edib. Beləliklə, hadisə qurbanlarının sayı 11 nəfərə yüksəlib. Dörd nəfər xəstəxanada müalicə alır.
 
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ