Kimlərdə güclü immunitet yaranır?
Tarix: 8-03-2021, 22:41
Baxılıb: 1 145
Google+ Paylaş
Tumblr Paylaş

Kimlərdə güclü immunitet yaranır?

8-03-2021, 22:41

Koronavirus xəstəliyi dövründə qoxu hissini itirənlərin immuniteti daha güclüdür.
Avromedia.az xəbər verir ki, İtaliyanın Humanitas Universitetinin alimləri bu nəticəyə gəlib. Mütəxəssislər qoxu və dadbilmə duyğusunun itməsini bədəndəki infeksiyanın uzun müddət davam etməsi ilə əlaqəli ola biləcəyini iddia edir. Beləliklə, patogen qoxu sinirinə daxil olur və orada daha çox antikor istehsalına imkan verən iltihablı bir prosesə səbəb olur. Alimlər əmindirlər ki, koronavirus simptomları ilə immunitetin yaranması arasındakı əlaqəni aşkar edən tədqiqatları davam etdirmək lazımdır.
Orta hesabla qoxu hissinin bərpası üç gündən üç aya qədər davam edir. Anosmiyanın təzahür mexanizmi hələ tam öyrənilməyib.
Rusiyalı mütəxəssislər əmindir ki, əldə edilən nəticələr dad və iybilmə duyğusunun itməsi sinir və neyronların zədələndiyini göstərə biləcək.
"İybilmə sinirlərində ACE2 reseptorları olan bir çox hüceyrə var ki, koronovirus onlarla bağlanır. Buna görə zədələnəndə orada bir çox lemfosit yığılır və immun reaksiya güclənir", - Novosibirsk Dövlət Universiteti Təbiət Elmləri Fakültəsi Biotexnologiya və Virusologiya laboratoriyasının rəhbəri Sergey Netesov deyib.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ