Dəri, dırnaq, saç və arqan yağı
Tarix: 25-02-2021, 21:50
Baxılıb: 1 304
Google+ Paylaş
Tumblr Paylaş

Dəri, dırnaq, saç və arqan yağı

25-02-2021, 21:50

Arqan yağının tərkibindəki aktiv birləşmələr dərini ən yüksək dərəcədə qoruyur. Bu bitki yağı yaraları sağaltmaq qabiliyyətinə malikdir.
Arqan yağı dərini günəş şüalarından qoruyur və mikrobları öldürür. Arqan yağının tərkibində steroller var ki, dərinin nəmliyini qoruyub saxlayır və dərinin yaşlanmasının qarşısını alır. Tərkibində olan E vitamini sayəsində o dərini nəm tutmaqla yanaşı, qırışların sayını azaldır və dərini cavanlaşdırır. Arqan yağı dəridə olan akne xəstəliyini, günəş yanıqlarından qalan izləri və bəzi dəri xəstəliklərinin müalicəsində də istifadə edilir. Bunun üçün pambıq arqan yağına batırılır, dəriyə sürtülür və 1 saat sonra ilıq su ilə yuyulur.
Arqan yağı saç dərisini və saçları da nəmləndirir. O saç diblərini qidalandırır və saçların uzanmasına səbəb olur. Arqan yağı ilə bir müddət saçlara qulluq etdikdə, saçlar daha dolğun və həcmli olur. Arqan yağı müasir dünyada saça qulluq vasitələri arasında ön sıralarda durur. Bu məqsədlə arqan yağı saç dərisinə sürtülür 1 saat sonra saçlar şampunla yuyulur.
Dırnaqları tez qırılmağa meyilli və zəif olan adamlar da dərdlərinin çarəsini arqan yağında tapa bilərlər. Belə ki, dırnaq patologiyaları olanlar bir müddət dırnaqlarına arqan yağı sürdükdən sonra patologiyanın aradan qalxdığını görür. Arqan yağı ilə dırnaqlara qulluq etdikdən bir müddət sonra dırnaqlar möhkəmlənir. Yaxşı nəticə əldə etmək üçün dırnaqlara arqan yağı sürtüb bir-neçə saat müddətində əlləri suya vurmamaq lazımdır.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ