"Azərbaycana da gələcək" - Təhlükəli virusla bağlı bədbin açıqlama
Tarix: 30-01-2021, 19:27
Baxılıb: 5 655
Google+ Paylaş
Tumblr Paylaş

"Azərbaycana da gələcək" - Təhlükəli virusla bağlı bədbin açıqlama

30-01-2021, 19:27

Xəbər verdiyimiz kimi Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı koronavirus infeksiyasının yeni növünün Azərbaycana gəlməməsinin mümkünsüz olduğunu bildirib. 
ÜST nümayəndəsi yeni ştammın ölkədə yoluxma sayını kəskin artıracağını da istisna etməyib.
Maraqlıdır, sərhədlərin bağlı olduğu bir vaxtda yeni növ virusun Azərbaycana gəlməsi nə dərəcədə realdır? Hazırda təqdim olunan koronavirus əleyhinə vaksin ştammın geniş vüsət almamasına təsir edəcəkmi?
Tibb professoru Adil Qeybulla peyvəndin şatmma qarşı təsirsiz olacağını bildirərək, eyni zamanda vaksinasiyanın vacibliyini vurğulayıb:
"Biz qloballaşan dünyada yaşayırıq. Bu baxımdan koronavirusun yeni növünün Azərbaycana gəlməsi mümkün və realdır. Buna görə biz vaksinasiyaya önəm veririk. Belə ki, koronavirus əleyhinə peyvənd yeni dalğanın yaranmamasına, infeksiyanın ömrünün qısalmasına xidmət edir. Lakin hazırda təqdim olunan peyvənd yeni növ koronavirusa qarşı təsirsiz olacaq. Sadəcə biz istənilən halda peyvənd olunmalıyıq”. 
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ