Adil Qeybulla peyvənd olundu, çağırış etdi
Tarix: 23-01-2021, 15:11
Baxılıb: 5 628
Google+ Paylaş
Tumblr Paylaş

Adil Qeybulla peyvənd olundu, çağırış etdi

23-01-2021, 15:11

Tibb üzrə elmlər doktoru, professor Adil Qeybulla koronavirusa qarşı peyvənd olunub.
Bu barədə o özü məlumat yayıb. Həkimin sözlərinə görə, iynə yerində xəfif ağrıdan başqa heç bir diskomfort yoxdur:
"Şübhəsiz ki, peyvəndləmə pandemiyanın sonu deyildir. Amma infeksiya zəncirinin qırılmasının, onun kaskad şəklində yayılmasının qarşısını almaq üçün vacib proseduradır. Biz bu yolla, kollektiv immunitetə və pandemiyanın sonuna tez və daha az itkilərlə yetişə bilərik. Peyvənd aktiv immunizasiya metodu olub infeksiyalarla mübarizə işində elmin nail olduğu ən effektiv vasitə olaraq qalır.
Məhz kütləvi peyvəndləmənin nəticəsi olaraq, bu gün on minlərlə uşağın həyatına son qoyan, onları əlil edən skarlatina, difteriya, göy öskürək (boğmaca), qızılca, poliomielit kimi infeksiyalar yoxa çıxmış görünür. Peyvəndin köməyi ilə insanlıq tarixində pandemiyalar törətməklə təxminən 500 milyon insanın həyatına son qoyan təbii çiçək kimi xüsusi təhlükəli infeksiya yoxa çıxmış və Ümumdünya Səhiyyə Təşkilatından reyestrindən çıxarılıb".
Həkim insanları bu reallıqları nəzərə almağa çağırıb:
"Pandemiyanın başlanğıcında bəzi insanların sürətlə yayılan infeksiyanı “yalan”, “boş şey”, “insanları məhv etmək metodu” və s. kimi primitiv səviyyədə cəfəng, əsassız və məntiqsiz təbliğatlarını yada salın. Təəssüflə qeyd etmək yerinə düşərdi ki, sonradan həmin infodemiya (dezinformasiya) hörgütünün bəzi üzvləri özləri də xəstələndilər, onların içərisində həyatlarını itirənlər də az olmadı.
Ona görə də qətiyyən vaksin tərəddüdünə qoşulmayın, bu kampaniyanı bilərəkdən yayan və ya səmimi yanılanların təbliğatına uymayın. Peyvənd olunun, bundan qətiyyən çəkinməyin".
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ