Qan qrupu COVID-19 xəstələrində bu riski proqnozlaşdıra bilir - ŞOK ARAŞDIRMA
Tarix: 23-01-2021, 09:40
Baxılıb: 3 009
Google+ Paylaş
Tumblr Paylaş

Qan qrupu COVID-19 xəstələrində bu riski proqnozlaşdıra bilir - ŞOK ARAŞDIRMA

23-01-2021, 09:40

Ürək-damar problemləri koronavirus infeksiyasından yaranan fəsadlar arasında mühüm yer tutur.

Harvard Universiteti Tibb Fakültəsi tədqiqatçıları tərəfindən aparılan yeni araşdırma koronavirus infeksiyasındakı ürək problemləri ilə qan qrupu arasındakı əlaqəni izah edir.

Müəlliflərin bildirdiyinə görə, tədqiqatın nəticələri COVID-19 xəstələrində bu cür fəsadların yaranma riskini qiymətləndirməyə kömək edə bilir. Erkən diaqnozu asanlaşdırır və mümkün olduqda profilaktik və terapevtik baxım üçün potensial ehtiyacları müəyyənləşdirir.

Tədqiqat zamanı 30 gün ərzində müşahidə edilən 400-dən çox xəstənin məlumatları istifadə edilib. Xəstələrin təxminən yarısı birinci qan qrupu, 30 faizi ikinci, 15 faizi üçüncü, 6 faizi dördüncü qan qrupu sahibi olub. Alimlər daha əvvəl serebrovaskulyar xəstəlikləri olan insanların ikinci qan qrupuna sahib olma ehtimalının birincidən daha çox olduğunu aşkarlayıb. Hipertoniya xəstələrində üçüncü qan qrupuna sahib olma ehtimalı birinciyə nisbətən daha az olub.

Tədqiqatçılar qan qrupu 2 olan xəstələrdə ciddi ürək-damar hadisəsi keçirmə ehtimalının qan qrupu 1 olanlara nisbətən 2,5 qat daha çox olduğunu da müşahidə edib. II qan qrupu olan insanlarda böyük tromboz riskinin artması istiqamətində də güclü tendensiya olub.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ