Gecəyarı qəfil yuxudan oyansanız, bunları etməyin
Tarix: 23-01-2021, 08:57
Baxılıb: 6 027
Google+ Paylaş
Tumblr Paylaş

Gecəyarı qəfil yuxudan oyansanız, bunları etməyin

23-01-2021, 08:57

Yəqin ki, çoxunuz gecə yarı yuxudan oyanır, ya su içir, ya yemək yeyir, ondan sonra qətiyyən yuxuya gedə bilmirsiz.Bir çoxları isə gecənin səssizliyində əsəbləri tarıma çəkilə-çəkilə qorxudan gözünə yuxu getmir.
Alimlər gecə oyanan insanın yol verdiyi səhvləri açıqlayıb. Əslində isə bunları etmək qətiyyən olmaz.
Avromedia.az həmin qadağaları təqdim edir:
- Əsas oyanma səbəbi - ya susuzluq, ya da tualetə getmək tələbatıdır.
Amerikalı alimlər bildirir ki, əgər siz oyanıb artıq çarpayıdan kənara çıxdınızsa, gəzdinizsə və üstəlik telefona baxdınızsa, 90% halda yuxunuz qaçacaq.
Buna səbəb odur ki, yuxudan oyanandan sonra hərəkət zamanı nəbz yüksəlir. Hər yeni hərəkət və telefona baxıb beyinə informasiya ötürmək, insanı bir o qədər çox oyadır.
Ürək və beyin aktivləşdiyi üçün ikinci dəfə yuxuya getmək üçün nəbzin yavaşıması lazımdır.
Nə məsləhət görülür:
Əgər qəfildən yuxudan oyandınızsa, vəziyyəti analiz edin. Əgər məcburi qalxmaq lazım deyilsə, dözə bilirsizsə, gözlərinizi yumub, yuxuya davam edin. Sizinlə heç nə baş verməyəcək. Yuxu hər şeydən vacibdir.
Eləcə də stress, depressiya, nevrozu olanlar gecəyarı oyanır.
Neqativ düşüncələr qorxunu daha da artırır. Bu insanlar səhvən yuxudan əvvəl və gecəyarı telefona daxil olub, müxtəlif xəbərlər oxuyur, musiqilərə qulaq asıb beyni sakitləşdirmək istəyir. Bu isə kömək etmir.
Gecəyarı yuxudan oyanıb, telefon işığında saata baxmaq da yuxunu qaçırır.
Ona görə də yatmazdan əvvəl telefon və saatı uzağa qoyun./Medicina.az"/
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ