Koronavirus pandemiyası müddətində dünyada 2200-dən çox tibb bacısı dünyasını dəyişib.
Bu barədə Beynəlxalq Tibb Bacıları Şurasının məlumatında bildirilib.
Məlumatda pandemiya ilə mübarizənin ön cəbhəsindəki tibb işçilərinin arasında yüksək dərəcədə koronavirusa yoluxma hallarının müşahidə olunduğu vurğulanıb.
Qeyd edilib ki, ölkələr bu vəziyyətdən çıxış yolu tapmasa, pandemiya səhiyyə sisteminin gələcəyinə ciddi zərər vura bilər.