Bu ağrılar boyun osteoxondrozunun əlamətidir
Tarix: 22-06-2019, 23:15
Baxılıb: 604
Google+ Paylaş
Tumblr Paylaş

Bu ağrılar boyun osteoxondrozunun əlamətidir

22-06-2019, 23:15

Servikal (boyun) baş ağrısı xroniki baş ağrılarının 15-18%-ni təşkil edir.
Avromedia.az e-tibb.az-a istinadən bildirir ki, bunu fizioterapiya və tibbi bərpa üzrə mütəxəssis Sənan Cəfərov deyib. Onun sözlərinə görə, bu ağrıların yaranma səbəbi boyundakı əzələ və sümük sistemində olan disfunksiya ilə əlaqəlidir. Boyun osteoxondrozu zamanı onurğanın boyun hissəsinə aid olan fəqərələr və onların arasında olan disklər deformasiyalara uğrayır.
Bu ağrılar nə ilə xarakterikdir?
Bu halda tez-tez təkrarlanan baş ağrıları yaranır
Ağrı birtərəfli olur
Boyundan başlayaraq ənsə təpə alına doğru davam edir
Ağrı sıxıcı və ya küt xarakterli olur
Boyun hərəkətiylə baş ağrısı artır
İsti və ya boyun bölgəsinin masaj olunmasıyla ağrı azalır
Qulaqlarda küy, daim yorğunluq hissi
S. Cəfərov bildirib ki, yuxarıda sadalanan simptomlardan ən azı ikisinin olması, xəstənin vaxtında gecikmədən həkimə (fizioterapevt) müraciət etməsinin lazım olduğunu bildirir.
Bəs müalicə necə aparılır?
Mütəxəssis deyib ki, xüsusilə, stress boyun əzələlərində gərilməyə səbəb olur ki, bu da boyun ağrısı və gərilmə baş ağrısını meydana gətirir. Bu şəkildə yaranan ağrılarda yerli inyeksiyalar, relaksasiya edici idmanlar, fizioterapiya, antidepresant və əzələ relaksasiya edici dərmanlar faydalı olur.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ