Bu əlamətlərə diqqət: Gözdə qızartı nədən xəbər verir?
Tarix: 9-01-2021, 21:20
Baxılıb: 1 163
Google+ Paylaş
Tumblr Paylaş

Bu əlamətlərə diqqət: Gözdə qızartı nədən xəbər verir?

9-01-2021, 21:20

Pandemiya dövründə gözdə quruluq şikayətləri artıb.
Bunu Türkiyədən olan oftalmoloq Deniz Marangöz bildirib. Onun sözlərinə görə, pandemiya səbəbindən uzun müddət qapalı mühitlərdə qalmaq, planşet, telefon və kompüter istifadəsinin artması, havaya az çıxmaq bunun başlıca səbələridir. Gündəlik həyatda baş verən bu dəyişikliklər göz qırpma müddətlərini azaldır və az rütubətli mühitlərdə olmaq səbəbindən gözdə quruluq şikayətlərini artır.
Həkim bildirib ki, göz yaşları allergiya və mikroblara qarşı gözün ilk müdafiə xəttidir. Göz yaşları göz toxumalarının qidalanmasına, aydın görməyə və görmənin keyfiyyətinə əhəmiyyətli dərəcədə kömək edir. Onun çatışmazlığında sancma, yanma, qızartı, bulanıq görmə, yad cisim düşmə hissi, qaşınma kimi şikayətlər meydana gəlir. Göz quruluğu zamanı gözün xarici faktorlara qarşı həssas olması nəticəsində infeksiyalar inkişaf edr.
Oftalmoloq qeyd edib ki, göz qırpma sayını azaldan şərtlər bunlardır: Planşet- telefon- kompüterdə uzun müddət keçirmək, göz yaşlarının buxarlanmasını artıran şərtlər - xarici mühitdə külək, içəridə kondisioner-istilik, kontakt linzaların düzgün istifadə edilməməsi, sızanaqlar, depressiya, hipertoniya və allergiyaya görə istifadə olunan dərmanlar, kirpik dibinin iltihabı (blefarit), testosteron-estrogen hormonu tarazlığının pozulması nəticəsində yaranan xəstəliklər, göz yaşı vəzlərini təsir edən revmatik xəstəliklər, tiroid vəzi xəstəlikləri, şəkərli diabet, siqaret çəkmə, eləcə də onun tüstüsünə məruz qalmaq və yaşlanma.
Belə hallarda göz quruluğu ehtimalı artır.
Həkim bildirib ki, quru gözün müalicəsində ilk addım bunun səbəbini müəyyənləşdirməkdir. Süni göz yaşı damcıları və ya gellər istifadə edərək gözün nəmli səthini bərpa etmək mümkündür. Bundan əlavə, qırpma sayını artıraraq, planşet, telefon, kompüterdən istifadə müddətini azaldaraq, hər 20 dəqiqədə 20 saniyəlik bir fasilə verərək gözlərə istirahət vermək vacibdir.
Həkim ona da deyib ki, bütün göz qızarmaları infeksiya əlaməti deyil. Eynilə, göz səthini örtən toxumanın iltihabı olan konyuntivit zamanı bənzər qızartı, yanma, sancma şikayətləri ola bilər, ancaq bu şikayətlə oftalmoloqa müraciət edənlərdə əsas səbəb göz quruluğu olur.
Konyunktivit də koronavirus xəstəliyinin başlanğıc dövründə və ya xəstəliyin gedişi zamanı da bu əlamətlər yarana bilər. Bu səbəbdən həkim gigiyena və çirklənmə tədbirlərinə diqqət yetirməyi, gözün qurumaması üçün süni göz yaşlarından istifadə etməyi, ancaq şikayətlərdə geriləmə olmadığı təqdirdə oftalmoloqa müraciət etməyiməsləhət görüb.
Koronavirusun gözlərinizə yoluxmasının qarşısını almaq üçün alınacaq tədbirlər bütün digər viruslar və bakteriyalarla mübarizədə olduğu kimidir. Əllər sabunla yuyulmalı və gözlə təmasda olmamalıdır.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ