Qəhvəni necə hazırlamalı? - Mütəxəssis vacib nüanslardan danışdı
Tarix: 5-01-2021, 09:58
Baxılıb: 4 690
Google+ Paylaş
Tumblr Paylaş

Qəhvəni necə hazırlamalı? - Mütəxəssis vacib nüanslardan danışdı

5-01-2021, 09:58

İnsanlar istədikləri qəhvəni içə bilərlər, ancaq orqanizmə zərər verməmək üçün içkinin hazırlanma qaydasını bilmək vacibdir.
Qəhvə blogeri, Rusiya Qəhvə Həvəskarları Məktəbinin rəhbəri Olqa İqnatieva bu barədə “Sputnik Radio”ya verdiyi müsahibədə dadlı qəhvənin reseptlərini bölüşüb:
“Keçmiş həkim kimi mənim üçün fayda həm zövq, həm də əlavə bonuslar gətirən bir şeydir. Müasir araşdırmalara görə, kağız filtrindən keçən qəhvə daha faydalıdır. Belə bir filtr ateroskleroz və sair kimi xəstəliklərin inkişafına zəmin yarada biləcək müxtəlif maddələrin qarşısını alır”.
İqnatievanın sözlərinə görə, qara qəhvəni sevənlər onu kağız filtrindən damcı üsulu ilə hazırlamalıdırlar. Bu, xolesterin səviyyəsini artırmağa kömək edən maddələrin orqanizmə daxil olmasına mane olur.
Ancaq blogerin sözlərinə görə, bu tövsiyə bütün növ qəhvələr üçün uyğun deyil. Məsələn, espressonu kağız filtrindən süzmək olmur. İnsan sadəcə bədəndəki yağ səviyyəsini, xolesterini və s. izləməlidir. Olqa İqnatieva xüsusən də bir sıra xəstəliklərə meylli olanlar üçün türk qəhvəsini az faydalı hesab edir.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ