Limon mürəbbəsi necə hazırlanır?
Tarix: 30-12-2020, 09:38
Baxılıb: 4 496
Google+ Paylaş
Tumblr Paylaş

Limon mürəbbəsi necə hazırlanır?

30-12-2020, 09:38

Yəqin ki, bir çox insan “limon mürəbbəsi” ifadəsini eşitməyib. Amma bu meyxoş meyvənin mürəbbəsi də digərləri qədər dadlı ola bilir.
Limon mürəbbəsinin hazırlanma qaydasını təqdim edirik. 
Ərzaqlar: 4 ədəd limon, 1 stəkan su, 2 stəkan şəkər tozu
Hazırlanması: Limonları yuyun. Qabıqlarını meyvəsoyanla soyun. Qabıqların üzərində ağ hissələrin qalmamasına diqqət edin. Daha sonra meyvənin ətrafında qalan ağ hissəni təmizləyin.
Limonları dilimləyin, qazana tökün və üzərinə şəkər tozunu gəzdirin. Qazanın qapağını qoyun. Limonların suyunu çıxarmasını gözləyin (4-5 saat).
Limon qabıqlarını dərin qaba qoyun və üzərinə isti su əlavə edin. 5 dəqiqə boyunca qabıqları süzün. Prosesi 3-4 dəfə təkrar edin. Daha sonra limon qarışığının üzərinə 1 stəkan su töküb az odda 40 dəqiqə bişirin. Qaynara düşəndə qabıqları qazana tökün.
Mürəbbə halına gələndə ocaqdan götürün.
Nuş olsun!
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ