Alimlər bəzi xəstəlikləri insanın gözlərinin rəngi ilə əlaqələndirirlər
Tarix: 26-11-2020, 08:57
Baxılıb: 3 194
Google+ Paylaş
Tumblr Paylaş

Alimlər bəzi xəstəlikləri insanın gözlərinin rəngi ilə əlaqələndirirlər

26-11-2020, 08:57

İnsanların gözlərinin rəngi müxtəlif xəstəliklərə meylliliyi göstərə bilər.
“Report” “Freundin”ə istinadən xəbər verir ki, müvafiq açıqlama ilə Kolorado Universiteti yanında Tibbi Məktəbinin alimləri çıxış ediblər.
Mütəxəssislər tədqiqatın gedişatında müəyyənləşdiriblər ki, tünd qonur və ya qara gözlər ultrabənövşəyi şüadan qorunur, buna görə belə gözlərin sahibləri dəri və ya göz xərçəngi ilə xəstələnməyə daha az risklidirlər. Amma belə insanlarda qan və maddələr mübadiləsi ilə problemlərə meyllilik var. Belə rəngə malik gözlərin sahibləri qaraciyərə, qan dövranına və dalağa xüsusi diqqət ayırmalıdır.
Qonur gözlərə malik insanlar ağrıya dözümsüzdürlər, onlarda tez-tez həzm və nəfəsdə problemlər yaranırlar.
Yaşıl gözlü insanlar nadir hallarda depressiyadan əziyyət çəkirlər. Mavi və boz gözlər sahiblərinin ultrabənövşəyi işığa qarşı həssaslığının artdığına işarə edir. Bundan əlavə, bu göz rəngi olan insanlar alkoqoldan asılılığa meyllidirlər.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ