Bu məhsulların yeməyin, xərçəng RİSKİNİ ARTIRIR
Tarix: 27-10-2020, 09:13
Baxılıb: 3 783
Google+ Paylaş
Tumblr Paylaş

Bu məhsulların yeməyin, xərçəng RİSKİNİ ARTIRIR

27-10-2020, 09:13

Şəkərdən, mal və qoyun ətindən həddən artıq istifadə xərçəng xəstəliyinin inkişafı riskini artırır.

Bu barədə Rusiyanın Xalqlar Dostluğu Universitetinin Cərrahiyyə və Onkologiya Kafedrasının rəhbəri, professor, tibb elmləri doktoru Konstantin Titov bildirib.

Həkim qeyd edib ki, şəkərdən normadan artıq istifadə piylənməyə imkan yaradır. Bu təkcə hipertoniya xəstəliyinə deyil, həmçinin ikinci növ şəkərli diabetə də gətirib çıxarır. Sonuncunun fonunda isə tez-tez xərçəng xəstəliyi meydana çıxır.

"Bədxassəli şişlər: süd vəzisi, mədəaltı vəzi xərçəngi və sair tez-tez yaranır", - Titov bildirib.

Mütəxəssis qeyd edib ki, şişlərin inkişafı üçün çeşidli “qidalanmalar” lazımdır və qlükoza bunun üçün əlverişlidir. O, həmçinin xəbərdarlıq edib ki, şəkərli diabetə görə mədəaltı vəzi hüceyrələri insulinin ifrazını dayandıra bilər.

Onkoloqun sözlərinə görə, mal və qoyun əti xüsusilə qızardılmış növdə daha çox kanserogen maddələrdən ibarətdir.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ