"Havaların soyuması yoluxmanın artmasına təsir göstərir" - TƏBİB RƏSMİSİ
Tarix: 23-10-2020, 20:34
Baxılıb: 3 625
Google+ Paylaş
Tumblr Paylaş

"Havaların soyuması yoluxmanın artmasına təsir göstərir" - TƏBİB RƏSMİSİ

23-10-2020, 20:34

“Bir müddət qabaq xəbərdarlıq etmişdik ki, ilin soyuq fəslində - payız-qış mövsümündə yoluxmaların sayında artım ola bilər. Həmin dövrə gəlib çatırıq. Soyuq mövsümü başlayandan sonra yoluxmaların sayı kəskin artır”.

Bunu TƏBİB-in elmi komitəsinin sədri Akif Qurbanov REAL TV-nin efirində qonaq olarkən deyib. O bildirib ki, elə ölkələr var ki, heç xəstəlik ilk yayılanda bu qədər yoluxma olmamışdı:

“İstər Avropa ölkələri, istərsə Amerika, Brazilyada yoluxma birmənalı olaraq artmaqdadır. Bütün dünya ictimaiyyəti də, səhiyyəsi də çalışır ki, yoluxma artmasın. Sözsüz ki, Azərbaycan da dünyanın bir parçasıdır. Burada da yoluxma sayının artmasına havaların soyuması təsir göstərməkdədir. Soyuq hava yuxarı tənəffüs orqanların işini çətinləşdirir, bütün respirator xəstəlikləri, o cümlədən COVİD-19–da aktivləşir. Digər səbəblər isə özümüzdən asılıdır. Bunu dəfələrlə demişik. Təmasların sayının artması və qorunma tədbirlərinin olmaması yoluxma sayının artmasına gətirib çıxarır. Yoluxma artanda da çox sürətlə artır. Silsilə ilə bu proses artmış olur. Təmaslar varsa, mütləq maskadan istifadə etməliyik. Sosial qaydalara riayyət etməliyik”.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ