Payızda vəziyyəti daha da çətinləşdirəcək
Tarix: 22-09-2020, 16:42
Baxılıb: 4 656
Google+ Paylaş
Tumblr Paylaş

Payızda vəziyyəti daha da çətinləşdirəcək

22-09-2020, 16:42

Qarşıda bizi daha böyük çətinliklər gözləyir. Payız mövsümü ilə bağlı respirator infeksiyalar baş qaldırdıqca, koronavirusla mübarizə çətinləşəcək. Həkimlər də, müəllimlər də, valideynlər də çıxılmaz vəziyyətdə qalacaq.
Bu sözləri “oxu.az”a açıqlamasında pediatr Vaqif Qarayev deyib. Onun sözlərinə görə, belə gedərsə, məktəblərin yenidən bağlanması gözlənilir:
“Bu gün həkimlər, müəllimlər, valideynlər üçün çıxılmaz vəziyyətdir. Karantin sərtləşdiriləndə əhali ayağa qalxır ki, azadlığımız əlimizdən alındı. Yumşaldılanda da yoluxma artır, yenə də əhali ayağa qalxır ki, qaydaları tənzimləyə bilmirlər və s.
Bəs yaxşı necə edək? Pediatr olaraq onu deyim ki, qarşıdan payız mövsümü gəlir. Hər məktəbdə minlərlər şagird təhsil alacaq.
Bu, bilirsiniz, nə deməkdir? Adi bir virus qığılcımı ilə məktəbin yanması deməkdir. Həkim olaraq, siniflərdə əyani təhsilin əleyhinəyəm, amma təhsilin dayandırılması da çıxış yolu deyil. Bütün hallarda yoluxmalar belə davam edərsə, düşünürəm ki, məktəbləri yenidən bağlaya bilərlər”.
Həkim bildirib ki, yoluxmalar yay mövsümündə də olub, payız mövsümündə də olacaq:
“Oktyabr ayında ikinci bəla başlayacaq. Mövsümi viruslar baş qaldırır. Hər kəs anlamalıdır ki, pandemiya ilə tək bizim ölkə deyil, bütün dünya mübarizə aparır.
Gəlin, insaflı danışaq, bizim həkimlər də xarici ölkələrdəki mütəxəssislər kimi əllərindən gələni edirlər. İnfeksiya təbabətə məlum deyil, çətinlik yaradan məqam da budur. Həkimlər mart ayından bunu düşünürlər.
Artıq payız mövsümündə qızdırma ilə müraciət edən istənilən xəstənin ilk növbədə COVID-19 analizi verməsi lazım gələcək.
Həkim bilsə də ki, bu mövsümi virusdur, amma qızdırma olduğu üçün koronavirusa görə yoxlanmalı olacaq. Buna isə nə həkimin, nə valideynin, nə də klinikaların gücü çatmayacaq. Həmin o qızdırmalı şagirdlər (I-IV siniflər) məktəbə gedirsə, heç kim bilməyəcək o, COVID-19 daşıyıcısıdır, yoxsa mövsümi xəstəlikdir”.
Təkrar yoluxmalarla bağlı konkret fikir söyləməyin çətin olduğunu deyən həkim onu da qeyd edib ki, bununla bağlı dəqiq məlumat yoxdur:
“Virusa yoluxan insanda immunitet formalaşır. Lakin bu immunitetin nə qədər davam etməsi ilə bağlı müxtəlif fikirlər səslənir. Ümumiyyətlə, koronavirusa yoluxan şəxsin təkrar bu virusa yoluxub-yoluxmaması ilə bağlı fikir söyləmək olmur”.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ