Maskalardan nə zaman imtina edəcəyik?
Tarix: 22-09-2020, 11:11
Baxılıb: 4 516
Google+ Paylaş
Tumblr Paylaş

Maskalardan nə zaman imtina edəcəyik?

22-09-2020, 11:11

Koronavirusa qarşı peyvənd tapılsa da, uzun müddət qoruyucu maskalardan istifadə etmək məcburiyyətində qalacağıq.
Bunu Berlin Çarite Xəstəxanasının Virologiya İnstitutunun rektoru Kristian Drosten deyib.
Almaniya hökumətinə pandemiya ilə bağlı müşavirlik xidməti verən professorun “Deutsche Welle”yə verdiyi açıqlamaya görə, bu qış çətin keçəcək: “Qlobal proqnozlar vermək çətindir. Avropada bir-birindən fərqli durumlar var. Gələn il peyvəndə sahib olacağıq. Xalqın müəyyən qisminin peyvəndlənməsi gələn ilin sonuna qədər davam edə bilər. Maskalardan isə tez xilas olmayacağıq”.
O, dünyada vəziyyətin mürəkkəb olduğu bölgələrin adını açıqlayıb: “Hindistanda vəziyyət təşvişvericidir. Pandemiya nəzarətsiz yayılır. Cənubi Amerika, Afrika qitələri də həmçinin. Fransa, İngiltərə və İspaniya kimi ölkələrdə də payız-qış fəsillərində vəziyyət mürəkkəbləşə bilər”.
Qeyd edək ki, K.Drosten dünyada SARS-CoV-2 test kitini hazırlayan ilk insandır.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ