Sinir sistemini gücləndirən MƏHSUL
Tarix: 18-09-2020, 22:33
Baxılıb: 1 217
Google+ Paylaş
Tumblr Paylaş

Sinir sistemini gücləndirən MƏHSUL

18-09-2020, 22:33

"Mütəmadi olaraq qədərində banan yemək ürəyə müsbət təsir göstərir və sinir sistemini gücləndirir".
Avromedia.az medicina.az-a istinadən bildirir ki, bunu Seçenov Universitetinin Fərdi Tibb İnstitutunun sağlamlığı idarəetmə klinikasının həkim-dietoloqu Natalya Puqaçova "Moskva" Şəhər Xəbərləri Agentliyinə deyib.
O xatırladıb ki, bananın tərkibində kalium, maqnezium, manqan və mis var: "Ürəyin normal işləməsi üçün kalium və maqneziuma ehtiyac var, üstəlik, onlar arterial təzyiqin tənzimlənməsində iştirak edirlər. Mis hemoqlobin və kollagenin sintezinə kömək edir, eləcə də zərərli maddələrin zərərsizləşdirilməsinə təsir göstərir. Manqan isə enerji mübadiləsi üçün vacibdir".
Mütəxəssis qeyd edib ki, bananın tərkibində həmçinin çox miqdarda B6 vitamini - piridoksin var: "Bu vitamin sinir sisteminin sağlamlığı, hematopoez, antioksidan qorunması üçün vacibdir".
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ