Rus vaksini ölkəmizə də gətiriləcək? - Açıqlama
Tarix: 12-08-2020, 19:37
Baxılıb: 4 370
Google+ Paylaş
Tumblr Paylaş

Rus vaksini ölkəmizə də gətiriləcək? - Açıqlama

12-08-2020, 19:37

Rusiyanın koronavirusa qarşı hazırladığı vaksin Ümumdünya Səhiyyə Təşkilatında təsdiq edilməlidir.
Bu sözləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva Rusiyanın koronavirusa qarşı “Sputnik V” vaksininin satın alınması ilə bağlı danışarkən deyib.
Onun sözlərinə görə, bu vaksin Rusiya Federasiyasında sınaq müddətini yeni başa vurub, lakin hələ təsdiqlənməyib:
“Bu vaksin sınağın uğurlu keçməsi nəticəsində qeydiyyata alınıb, lakin Ümumdünya Səhiyyə Təşkilatı məsələ ilə bağlı rəsmi məlumat verməyib”.
R.Əliyeva Azərbaycanın hazırda ÜST-lə sıx əməkdaşlıq etdiyini və ölkəmizdə təşkilatın nümayəndələrinin olduğunu xatırladıb:
“Nümayəndələr həm Azərbaycanda koronavirusla mübarizə aparmaq, həm də dünya təcrübəsini qısa müddətdə ölkəmizə gətirmək üçün fəaliyyət göstərirlər. “Sputnik V” vaksini ÜST-də qəbul edilib genişmiqyaslı istifadəsinə icazə verildikdən sonra Azərbaycanda da tətbiq ediləcək”.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ