Bu tərəvəz əhvalı yüksəldir
Tarix: 11-08-2020, 22:26
Baxılıb: 1 066
Google+ Paylaş
Tumblr Paylaş

Bu tərəvəz əhvalı yüksəldir

11-08-2020, 22:26

Yemişin lətindəki faydalı maddələr insanın sinir sisteminə müsbət təsir edir və əhvalı yüksəldir.
Avromedia.az deyerler.org-a istinadən bildirir ki, bunu Rusiyanın paytaxtı Moskvanın Səhiyyə Departamentinin dietoloqu Antonina Starodubova söyləyib.
"Yemişin faydası onun böyük çeşidli tərkibi ilə əlaqəlidir. Qovun A, C, B, E kimi vitaminlər, fol turşusu, beta-karotin, kalium, maqnezium, fosfor, kobalt, silisium kimi miniral maddələrin zəngin mənbəyidir", - dietoloq qeyd edib.
A.Starodubovanın sözlərinə görə, belə zəngin tərkibin sayəsində yemiş antioksidant xüsusiyyətlər, sidikqovucu təsirlərə malikdir, həmçinin sinir və ürək-damar sisteminə müsbət təsir göstərir, əhvalı yüksəldir, mədə-bağırsaq traktatının fəaliyyətini normallaşdırır. Bundan başqa, yemiş ateroskleroz və onkoloji xəstəliklərin inkişafına əngəl olur.
Bununla belə, mütəxəssis gündə 400 qramdan çox qovun yeməməyi tövsiyə edib.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ