Arıqlamaq istəyənlər üçün tünd şokoladın 3 FAYDASI
Tarix: 11-08-2020, 18:44
Baxılıb: 4 693
Google+ Paylaş
Tumblr Paylaş

Arıqlamaq istəyənlər üçün tünd şokoladın 3 FAYDASI

11-08-2020, 18:44

Zəngin qidalandırıcı maddələr və faydalı elementləri sayəsində tünd şokolad ən sağlam qidalardan biri hesab olunur. Çox sayda araşdırmalar göstərir ki, acılı desert ürəyi stimullaşdırır, beyin fəaliyyətini artırır və bədəndəki iltihabi prosesləri dayandırır.
Sahib olduğu xüsusiyyətlər sayəsində dietoloqlar yekdilliklə tünd şokoladın üstün bir məhsul olduğunu elan edib. Bəs şokolad arıqlamaq müddətində də kömək edə bilərmi? Məlum olub ki, şokoladın pəhrizə bir sıra faydaları var.
Tünd şokoladın məlum sağlamlıq faydalarından biri insulin həssaslığını artırmasıdır. İnsülin şəkəri qan dövranından hüceyrələrə daşıyan bir hormondur və burada enerji üçün istifadə olunur. Tünd şokolad yedikdə qanda insulin səviyyəsinin aşağı düşdüyü göstərilib ki, bu da şəkər səviyyəsini idarə etməyə kömək edə bilər.

Son tədqiqatlar göstərir ki, şokolad aclığa qarşı mübarizədə də təsirlidir. Alimlər hesab edirlər ki, tünd şokoladın dadı, hətta qoxusu aclıq hormonu olan grelin səviyyəsinin aşağı olmasına kömək edə bilər. Bu məhsul tez bir şəkildə toxluq hissini təşviq edir, bu da obsesiv aclığa qarşı mübarizədə kömək edir.
Şokoladın xoşbəxtlik hormonlarının artırıb əhval-ruhiyyəni qaldırdığı hamımıza çoxdan məlumdur. Tədqiqatlar bu super məhsulun depresiv simptomların olma ehtimalının 57% azaltdığını göstərib. Gündə 40 qram tünd şokolad kifayətdir ki, son iki həftəlik stress səviyyəsini əhəmiyyətli dərəcədə azaltsın. Odur ki, şokolad aşırı dərəcədə yemək istəyinin qarşısının alınmasında effektiv təsir gücünə malikdir.

Ancaq tünd şokoladın bütün faydaları ilə birlikdə sui-istifadə edilməməlidir, çünki kifayət qədər çox yağ ehtiva edən yüksək kalorili məhsuldur. Xüsusilə mağazadakı seçimə diqqətlə yanaşmağı məsləhət görürük. Tərkibində minimum əlavə edilmiş şəkər və ən azı 70% kakao olan variantları nəzərdən keçirməyə dəyər.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ