Nadir Zeynalovdan Oqtay Şirəliyevin səhhəti ilə bağlı AÇIQLAMA
Tarix: 10-07-2020, 19:11
Baxılıb: 5 318
Google+ Paylaş
Tumblr Paylaş

Nadir Zeynalovdan Oqtay Şirəliyevin səhhəti ilə bağlı AÇIQLAMA

10-07-2020, 19:11

Azərbaycan Respublikasında koronavirusa qarşı mübarizədə bütün dövlət strukturları birgə fəaliyyət göstərir.
Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Operativ Qərargahın bugünkü brifinqində deyib: "Azərbaycanda çox köklü səhiyyə islahatlarının aparılması nəzərdə tutulurdu. Bu istiqamətdə konkret planlar var idi. Lakin koronavirus səbəbilə müəyyən real çətinliklər yarandı. Hər bir dövlət strukturunun fəaliyyəti vahid mərkəzdən idarə olunur və məqsəd onların effektiv şəkildə təmin edilməsindən ibarətdir".
Səhiyyə Nazirliyinin aparat rəhbəri Nadir Zeynalov əlavə edib ki, Səhiyyə naziri Oqtay Şirəliyevin səhhətində heç bir problem yoxdur və iş başındadır: "Səhiyyə Nazirliyi və TƏBİB arasında əməkdaşlıq mövcuddur. Bizim məqsədimiz o deyildi ki, təcili yarımdan yükü alıb, poliklinikaların üzərinə ataq. Buna görə vətəndaşlardan xahiş edirik ki, poliklinikalarla telefon vasitəsilə əlaqə saxlasınlar".
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ