Pandemiya dövründə Azərbaycandan ən çox sifariş edilən məhsullar - SİYAHI
Tarix: 7-07-2020, 14:53
Baxılıb: 5 329
Google+ Paylaş
Tumblr Paylaş

Pandemiya dövründə Azərbaycandan ən çox sifariş edilən məhsullar - SİYAHI

7-07-2020, 14:53

Pandemiya dövründə Azexport.az internet portalına daxil olan sifarişlər sırasında əsasən kənd təsərrüfatı və gündəlik tələbat məhsulları önə çıxıb.
Avromedia.az xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Azexport.az portalının meneceri Ayxan Qədəşovun dediyinə görə, bura kartof, pomidor, toyuq əti, toyuq yumurtası, pambıq, pambıq yağı, nar şirəsi, qənnadı məhsulları daxildir.
Bununla yanaşı pandemiya dövründə portala daxil olan sifarişlər arasında xalq təbabətində geniş istifadə olunan soğan, zəncəfil, sarımsaq, sarıkök və bu kimi digər məhsullara da sifarişlər mövcuddur.
May ayının ikinci yarısından etibarən dünyada karantin qaydalarının yumuşaldılması prosesinə start veriləndən sonra portala daxil olan ixrac sifarişlərində də kənd təsərrüfatı məhsulları ilə yanaşı metal konstruksiyalar, uşaq bezi, tikinti məhsulları və tütün kimi digər məhsullara da sifarişlərdə artım müşahidə olunmağa başlanılıb.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ