Bakıda məşhur xəstəxananın 33 əməkdaşı koronavirusa yoluxdu
Tarix: 7-07-2020, 11:17
Baxılıb: 4 134
Google+ Paylaş
Tumblr Paylaş

Bakıda məşhur xəstəxananın 33 əməkdaşı koronavirusa yoluxdu

7-07-2020, 11:17

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris-Cərrahiyyə Klinikasının koronavirusa yoluxan tibb işçilərinin sayı məlum olub.
Avromedia.az xəbər verir ki, ATU-nun mətbuat xidmətinin rəhbəri Günel Aslanova bildirib ki, koronavirusla mübarizə dövründə Tədris-Cərrahiyyə Klinikasında 33 tibb işçisi COVID-19-a yoluxub:
“Onlardan altısı sağalaraq evə yazılıb. Hazırda 27 tibb işçisi müalicəsini davam etdirir. Həmin şəxslərin 21-i xəstəxananın reanimasiya şöbəsinin əməkdaşlarıdır. Səkkizi həkim və ya həkim-rezident, 13 nəfəri isə orta personaldır”.
G.Aslanova qeyd edib ki, hazırda müalicə alan tibb işçilərindən altısının vəziyyəti ağırdır:
“İşçilərdən 15-nin vəziyyəti orta ağır, altısının vəziyyəti isə yüngüldür”.(oxu.az)
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ