Ölkədə süni tənəffüs cihazı çatışmazlığı var?
Tarix: 6-07-2020, 20:06
Baxılıb: 5 221
Google+ Paylaş
Tumblr Paylaş

Ölkədə süni tənəffüs cihazı çatışmazlığı var?

6-07-2020, 20:06

Bütün dünyada fəaliyyət göstərən xəstəxanalarda süni tənəffüs cihazı ancaq reanimasiya şöbəsində olur. Oksigen təminatı isə tam başqa mövzudur.
Bunu Yeni Klinika Tibb Müəssisəsinin direktoru Pərviz Abbasov Real TV-yə müsahibəsində bildirib.
O qeyd edib ki, Yeni Klinikanın reanimasiya şöbəsi tam şəkildə süni tənəffüs cihazı ilə təmin edilib və hamısı da işlək vəziyyətdədir:
“Eyni zamanda, bütün çarpayılarda oksigen çıxışı var. Təbii ki, oksigen təminatı COVİD-19 dönəmi üçün hesablanmayıb. Çünki oksigen təminatı daha çox əməliyyat olunan xəstələrə görə nəzərdə tutulurdu. Odur ki, indiki şəraitdə virusun yayılması kütləvi hal aldığından bütün dünyadakı xəstəxanalarda oksigen problemi var”.
P.Abbasov qeyd edib ki, süni tənəffüs cihazı ilə bağlı klinikada heç bir problem yoxdur:
“Bildiyim qədəri ilə də iri tibb müəssisələrində də mövcud problem müşahidə olunmur”.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ