Bill Qeytsin “ikinci dalğa” açıqlamasının təsiri... - Şərh
Tarix: 6-06-2020, 08:52
Baxılıb: 2 527
Google+ Paylaş
Tumblr Paylaş

Bill Qeytsin “ikinci dalğa” açıqlamasının təsiri... - Şərh

6-06-2020, 08:52

Bill Qeytsin koronavirusun ikinci dalğasının olacağı haqda açıqlaması bir çox onlayn şirkətin səhmlərində yüksəlişə səbəb olacaq.
Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli “Maykrosoft” şirkətinin təsisçisi Bill Qeytsin yeni tip koronavirusun ikinci dalğasının olacağını deməsinin dünya bazarlarına təsiri haqda danışarkən deyib. O qeyd edib ki, Bill Qeyts dünya miqyasında tanınan şəxsdir və onun sözləri iqtisadiyyata təsirsiz ötüşməyəcək:
“Pandemiya bir çox ənənəvi sahələrin fəaliyyətinə çox ciddi zərbə vurub. Bir çox sahələr hətta durma nöqtəsinə gəlib. Bununla belə, pandemiya səbəbindən gəlirləri artan sahələr də az deyil. Buna onlayn platformada fəaliyyət göstərən sahələri misal çəkmək olar. “Maykrosoft” bir çox şirkəti özündə birləşdirən böyük korporasiyadır. İnsanların pandemiya fonunda onlayn ticarətdən istifadəyə üstünlük verməsi bu şirkətin də gəlirlərində artıma səbəb olub. “Maykrosoft” şirkətinin səhmləri 0,4% artaraq, 77,91 dollara çatıb. Bununla da şirkətin səhmlərinin dəyəri ilin əvvəlindən indiyə qədər 25,4% artmış olub. “Maykrosoft”un dəyəri sonuncu dəfə 2000-ci ildə bu göstəriciyə çatıb. Hazırda bazar kapitallaşmasına görə “Maykrosoft” dünyada üçüncü yerdədir”.
Ekspert bildirib ki, Bill Qeytsin sözlərində həqiqət var, pandemiya Cənubi və Mərkəzi Amerikada sürətlə yayılır:
“Bildiyiniz kimi, hazırda cənub yarımkürəsində qışdır. Bu da virusun sürətlə yayılmasına zəmin yaradır. Hətta son statistik göstəricilər onu deməyə imkan verir ki, virusun yayılma mərkəzi artıq Cənubi və Mərkəzi Amerika ölkələridir. Bu, ikinci dalğanın real olduğunu göstərir”.
Qeyd edək ki, B.Qeyts pandemiyanın ikinci dalğasının olacağını və koronavirusa qarşı vaksinin 2021-ci ilin sonunda hazırlanacağını deyib.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ