Baş ağrısı və başgicəllənməni aradan qaldıran Müalicəvi məşq
Tarix: 1-06-2020, 16:57
Baxılıb: 2 270
Google+ Paylaş
Tumblr Paylaş

Baş ağrısı və başgicəllənməni aradan qaldıran Müalicəvi məşq

1-06-2020, 16:57

Şərqdən gələn bu məşq aktiv nöqtələrə təzyiq nəticəsində bədənə müalicəvi təsir göstərir.
Avromedia.az oxucuları bu sadə məşqin bədənə faydaları ilə tanış edir. Məşqə başlamaq üçün ən azı 7 səbəb var:
qan dövranını yaxşılaşdırır;
limfanı sürətləndirir;
damarların divarlarını gücləndirir;
varikoz damarların inkişafına mane olur;
diz oynaqlarını və baldır əzələlərini gücləndirir;
baş ağrısı və başgicəllənməni aradan qaldırır;
yüksək qan təzyiqini normallaşdırır.
Bir qədər aralı dayanıb əllərinizi divara söykəyin. Daha sonra dabanları yuxarı qaldırıb barmaq uclarında dayanmağa çalışın. Bir-iki saniyə bu şəkildə dayanaraq əvvəlki vəziyyətə qayıdın.
Beləliklə, hərəkəti 20-dən 50-yə qədər təkrarlayın. Daha effektiv nəticə əldə etmək istəyirsinizsə, gün ərzində - hər səhər, gündüz və axşam məşqləri təkrarlamaq tövsiyə olunur. Bacarsanız, məşqi divardan tutmadan həyata keçirin.
Məşq faydalı olsa da, ona başlamazdan həkiminizlə məsləhətləşməyiniz tövsiyə olunur!
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ