Bu 4 təhlükəni iftar süfrələrindən UZAQLAŞDIRIN
Tarix: 19-05-2020, 08:52
Baxılıb: 2 528
Google+ Paylaş
Tumblr Paylaş

Bu 4 təhlükəni iftar süfrələrindən UZAQLAŞDIRIN

19-05-2020, 08:52

Qidalanma mütəxəssisi Şengül Sangu Talak Ramazan süfrələrində nəzərə çarpan 4 təhlükəli yeməyi açıqlayıb.
Avromedia.az xəbər verir ki, tanınmış ekspert oruc tutanlara vacib xəbərdarlıq edib. Dietoloq bildirib ki, təxminən 16 saatlıq orucdan sonra iftarda çox sürətli yemək ağırlıq, mədə yanğısı, ürək bulanması və qaz ilə qəbizlik kimi həzm problemlərinə səbəb ola bilər. Tədqiqatlar göstərir ki, toxluq hissi beyinə yemək yedikdən 15-20 dəqiqə sonra gedir. Eyni zamanda imsakda da sürətlə yeyib yatmaq həzm sistemində problem yarada bilər. Bu səbəbdən həm iftarda, həm də imsakda yavaş-yavaş yemək və çox çeynəmək ən yaxşı üsuldur.
Qızartma yeməklər
İmsakda və ya iftarda çətin həzm olunan yağlı qidalardan və qızartmalardan uzaq durmaq lazımdır. Çünki belə yeməklər qaz və şişkinliyə, eyni zamanda reflüyə yol aça bilər. Qızardılmış qidalar həm susuzluq hissini gücləndirir, həm də yüksək kalorili tərkibi sayəsində çəkinin artmasına təsir göstərir. Bundan əlavə, qızardılmış qidalarda əmələ gələn akrilamid adlı kanserogen maddələr məhsulların tərkibindəki faydalı elementləri öldürür. Odur ki, qidaları yağda qızartmaq yerinə, buxarda və ya sobada bişirin.
Şərbətli unlu məhsullar
İftardan sonra çoxlarının gözü şirniyyat axtarır... Lakin unutmamalısınız ki, şərbətli un məmulatları qanda şəkərin səviyyəsini inanılmaz dərəcədə artırır. Odur ki, şərbətli və kremli şirniyyatlar yerinə südlü desertlərə üstünlük verməkdə fayda var.
Duzlu məhsullar və turşular
İsti havalarda oruc tutanlara aclıq çox susuzluq təsir edir. İmsakda çox duzlu pendir gün boyu susuzluğu hissini artırır. Odur ki, bədənin su ehtiyacını balansda saxlamaq üçün az duzlu pendir və suda isladılmış zeytunlara üstünlük verin. Ədviyyatlarla zəngin kolbasa, sosiska və sucuqları isə imsakda yeməyin.
Həddən artıq çay və ya duz
Xüsusilə qara çay və qəhvə tərkibindəki sidikqovucu təsirlərinə görə bədəndən suyun xaric olmasını artıra, tərkibindəki kofeinin stimullaşdırıcı təsiri isə yuxusuzluğa səbəb ola bilər. Bu səbəbdən qəhvə və çay miqdarına nəzarət edin. Yaxud da bir stəkan su içərək maye ehtiyacını ödəməyə çalışın. Çobanyastığı və ya şüyüd kimi bitki çayları həzmi yaxşılaşdırır, qaz və şişkinlik problemlərinizi azaltmağa kömək edir. Həm vitamin, həm də mineral dəstəyini təmin etmək üçün yeməkdən iki saat sonra kefir, duzsuz ayran və süd için. (publika.az)
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ