Xınanın dərman kimi faydaları nələrdir?
Tarix: 1-05-2020, 08:52
Baxılıb: 2 128
Google+ Paylaş
Tumblr Paylaş

Xınanın dərman kimi faydaları nələrdir?

1-05-2020, 08:52

Xına boya və dərman əhəmiyyətli bitki kimi çox qədim zamanlardan istifadə edilir. Qədim misirlilərin qəbirlərində xınanın qurudulmuş yarpaqları tapılıb. Məhəmməd peyğəmbər onun çiçəklərinin ətrini çox sevirmiş. Xristianların müqəddəs kitabı olan İncildə də bu bitkinin adı çəkilib. Mərkəzi Asiya ölkələrində xınadan bədəndə döymə naxışların, yazıların və şəkillərin vurulması böyük populyarlıq qazanıb.
Avromedia.az xəbər verir ki, boyaq və dərman əhəmiyyətli vasitə əldə etmək üçün xınanın yarpaqlarını payızda toplayır, qurudub xırdalayır və hər 10 kiloqramına 1 kiloqram gənəgərçək tozunu əlavə edirlər. Alınan qarışıq qırmızı rəngli tozdan ibarət olur. Xınanın tozunu dərhal qablaşdırır və vakuumda saxlayırlar, çünki adi şəraitdə saxladıqda tez xarab olur və sıradan çıxır.
Xına təkcə boyayıcı maddə deyil, həm də müalicəvi xüsusiyyətlərə malik olan bir vasitədir. Xına çox güclü dezinfeksiyaedici təsirə malik olduğuna görə onu yaraların və zədələrin, həmçinin dermatoloji və sümük xəstəliklərinin, baş ağrılarının müalicəsində istifadə edirlər. Onunla məşğul olan həkimlərin dediyinə görə, stomatit, dil, yanaq və dodaqlarda yaranan xoralar zamanı xına ilə qarqara etmək faydalı təsir göstərir.
Kəskin iltihab və abseslərdə, kürək nahiyəsində ağrılar baş verdikdə qızılgül yağı, təbii mum və xınanın ekstraktının qarışığı çox səmərəli sakitləşdirici təsir göstərən vasitə kimi tətbiq olunur. Diş ağrılarında xınanın tozunu su ilə qarışdırıb dişin oyuğuna qoyurlar. Xına tozunun sıyığı baş ağrıları zamanı həmin nahiyələrə yaxılır.
Xalq təbabətində xına uşaqlarda təsadüf edilən xənazir (zolotuxa), həmçinin ekzema və digər çətin sağalan dəri xəstəliklərinin müalicəsində tətbiq olunur.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ