"Yoluxma ehtimalı hələ çoxdur" - Baş epidemioloqdan MÜHÜM AÇIQLAMA
Tarix: 30-04-2020, 12:19
Baxılıb: 1 810
Google+ Paylaş
Tumblr Paylaş

"Yoluxma ehtimalı hələ çoxdur" - Baş epidemioloqdan MÜHÜM AÇIQLAMA

30-04-2020, 12:19

Karantin rejiminin yumşaldığı şəraitdə belə, insanların zəruri sanitar-gigiyenik tədbirlərinə əməl etməsi olduqca vacibdir. Qaydalara əməl edilmədiyi təqdirdə əhali arasında virusa yoluxmanın ikinci dalğası başlaya bilər.
Bunu Azərbaycanın baş epidemioloqu İbadulla Ağayev deyib.
Koronavirusun olduqca təhlükəli olduğunu deyən epidemioloq bildirib ki, karantin rejiminin tətbiqi nəticəsində Azərbaycanda yoluxma hallarının sayı azalıb:
“Lakin yoluxma sayının azalması, xüsusi karantin rejiminin yumşaldılması əhalidə təhlükənin sovuşduğu əhval-ruhiyyəsini yaratmamalıdır. Mən özüm də müşahidə edirəm ki, insanlarda artıq arxayınlaşma yaranıb. Onlar bilməlidir ki, epidemioloji vəziyyət tələb edərsə, karantin rejimi yenidən sərtləşdiriləcək. Bu, əhalinin özündən asılı olan vacib məsələdir. Əgər əhali dövlət qurumlarının müəyyən etdiyi normativlərə əməl etsə, bu virus ölkəmizdən xaric olacaq. Yoluxma sayının çoxalması da əhalinin bu qaydalara riayət etməməsi nəticəsində baş verə bilər. Vətəndaşlar birdəfəlik bilməlidirlər ki, xəstəliyə yoluxma sayı artarsa, məhdudiyyətlər gücləndiriləcək”.
Baş epidemioloq əlavə edib ki, məhdudiyyətlərin bir qismi aradan qaldırılsa da, virusa yoluxma ehtimalı hələ çoxdur:
“Mən əhalidən xahiş edirəm ki, vacib işi olmayanlar küçəyə çıxmasınlar. Küçəyə yalnız zəruri tələbatın ödənilməsi üçün çıxmaq lazımdır. İnsanlar kütləvi yerlərdən uzaq dayanmağa çalışmalıdırlar. Əhalinin kütləvi şəkildə toplanması xəstəlik hallarının sayının yenidən artmasına səbəb olar. Epidemioloji durum tam sabit olana qədər hər bir kəs öz sosial məsuliyyətini dərk edərək tələb olunan bütün sanitar-gigiyenik normalara əməl etməlidir”.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ