İnfeksionistdən vaksinlə bağlı ŞOK AÇIQLAMA
Tarix: 28-04-2020, 13:12
Baxılıb: 1 800
Google+ Paylaş
Tumblr Paylaş

İnfeksionistdən vaksinlə bağlı ŞOK AÇIQLAMA

28-04-2020, 13:12

Dünya alimləri yeni növ koronavirusun (COVİD-19) fərqliyiliyi barədə müxtəlif fikirlər səsləndirirlər. Məsələn, hazırda İtaliyada olan koronavirus Çindəki növ deyil, Almaniyada olan İtaliyada yayılan deyil, İranda olan Çindəki növ deyil və s. Bildirilir ki, virus mutasiyaya uğrayır. Beləliklə koronavirus bir deyil, artıq 50 kiçik növə bölünüb.
Maraqlıdır, mutasiyaya uğrayan növlərin hamısı üçün vahid vaksin hazırlamaq mümkündürmü?
Məsələ ilə bağlı modern.az-a danışan həkim-infeksionist hepatoloq, Azərbaycan Tibb Universitetinin yoluxucu xəstəliklərə nəzarət şöbəsinin müdiri Sədrəddin Atakişizadə deyir ki, mutasiyaya uğrayan növlərin hərəsi bir xüsusiyyətə malikdir və bütün ölkələrə təsir edə biləcək ümumi vaksin hazırlamaq mümkün olmayacaq:
“Mutasiyaya uğramaq bir formadan digər formaya keçməkdir. Belə olan halda da bir virusda olan xüsusiyyətlər digərində olmur. Əgər biz koronavirusa qarşı vaksin hazırlasaq, onun həmin virusun mutasiyaya uğramış formasına təsiri ya minimum olacaq, ya da ümumiyyətlə təsir etməyəcək. Ona görə də vaksinlərin xəstəliyin üzərində uğur qazanmamasının səbəbi virusun çox sayda mutuasiyaya uğraması ilə əlaqədardır. Necə ki, bütün xəstəliklərə qalib gələ bilən dərman hazırlanmayıb, eləcə də koronavirusun bütün növlərini məhv edə biləcək vaksin hazırlana biməz”.İnfeksionist deyir ki, hər ölkə öz ərazisi üçün hazırladığı vaksinlə də virusa tam qalib gələ biməyəcək:
“Biz hardan bilə-bilərik ki, İtaliyada olan şəxs gəlib İranda virus yaymayacaq. Yəni hər ölkədə virusun bir növü yoxdur ki, səhiyyə bir vaksin hazırlasın və hamıya tətbiq etsin. Mutasiyaya uğramış növlər hərəsi öz xüsusiyyətləri ilə fərqlənir. Amma bu növlərin əsasında koronavirusun öz xarakterik törətdiyi klinik əlamətlər dayanır”.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ