“Koronavirusun müalicəsində bu dərmandan istifadə edin”- Dünya Səhiyyə Təşkilatı
Tarix: 17-03-2020, 17:29
Baxılıb: 1 859
Google+ Paylaş
Tumblr Paylaş

“Koronavirusun müalicəsində bu dərmandan istifadə edin”- Dünya Səhiyyə Təşkilatı

17-03-2020, 17:29

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusdan özünü müalicə üçün parasetamol qəbulunu tövsiyyə edir.

Bu barədə ÜST nümayəndəsi Kristian Lindmayer brifinqdə deyib.

O, koronavirusun müalicəsində ibuprofen və bu tərkibdə olan dərmanlardan istifadə etməməyi, parasetamol qəbul etməyi məsləhət verib:

“İbuprofenin COVID-19-la bağlı ölüm riskini artırdığına dair yeni dəlil əldə edilib. Hələləik bununla bağlı kifayət qədər tədqiqat aparılmayıb və mütəxəssislər məlumatları araşdırırlar. Hələ ki, müalicə üçün parasetamolu seçməyinizi və ibuprofendən özünü müalicə dərmanı kimi istifadə etməməyinizi tövsiyyə edirik”.

Onun sözlərinə görə, ibuprofen həkim tərəfindən təyin edilibsə və tibbi səbəblərə görə zəruridirsə, o zaman istifadə edilə bilər.

Qeyd edək ki, martın 11-də ÜST COVID-19-un pandemiya olduğunu elan edib.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ