Koronavirus əlamətləri olan şəxslər həkimlərə zor tətbiq edir
Tarix: 6-03-2020, 16:27
Baxılıb: 1 968
Google+ Paylaş
Tumblr Paylaş

Koronavirus əlamətləri olan şəxslər həkimlərə zor tətbiq edir

6-03-2020, 16:27

Azərbaycanda koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması üzrə profilaktik tədbirlər davam etdirilir.
Bu barədə Nazirlər Kabinetinin yanında Operativ Qərargahdan məlumat verilib.
Qeyd olunub ki, hazırda bununla bağlı müvafiq maarifləndirici, eyni zamanda tibbi baxımından tədbirlər həyata keçirilir, ictimai məkanlarda dezinfeksiya işləri aparılır və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun olaraq digər zəruri addımlar atılır.
"Qeyd edək ki, Azərbaycan ərazisinə keçən şəxslər, həmçinin ölkə ərazisindəki vətəndaşlarda visurun əlamətləri aşkarlandıqda təlimata uyğun olaraq karantinə götürülərək müvafiq xəstəxanalara yerləşdirilir, həmin müddətdə müəyyən testlər və müalicə aparılır.
Koronavirus xəstəliyinin əlamətləri olan şəxslər bəzi hallarda həkim briqadalarına qarşı zor tətbiq edir, çağırışa gələn təcili tibbi yardım heyətinə qarşı müvaqimət göstərərək həkim nəzarətinə götürülməkdən yayınmağa çalışır.
Bununla əlaqədar əhaliyə müraciət edərək bildiririk ki, virusun əlaməti aşkarlanan şəxsin həkim nəzarətinə götürülməsi onun müalicəsinin aparılması zərurəti ilə yanaşı, ailə üzvlərinin, ətrafdakı şəxslərin virusa yoluxmaması baxımından vacibdir. Bununla həmin şəxs özü və yaxınlarının səhhətinin qeydinə qalmış, həmçinin virusun ölkə ərazisində yayılmasının qarşısını almış olacaq.
Qeyd edirik ki, karantin normalarını pozan, tibbi heyətin normal iş rejiminə mane olan hər bir şəxsə qarşı qanunun tələblərinə uyğun şəkildə tədbirlər görüləcəkdir. Eyni zamanda vətəndaşlarımıza virusdan qorunmaq üzrə gigiyena təlimatlarına riayət etməyi, insanların kütləvi toplaşdığı məkanlarda olmamağı, ciddi zərurət yaranmadığı halda xarici ölkələrə səfərlərini müvəqqəti ertələməyi tövsiyə edirik", - məlumatda bildirilib.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ