Dodaqlarınız sağlamlığınız haqqında nə deyir?
Tarix: 5-03-2020, 12:34
Baxılıb: 1 813
Google+ Paylaş
Tumblr Paylaş

Dodaqlarınız sağlamlığınız haqqında nə deyir?

5-03-2020, 12:34

Dodaqlarda 1 milyondan çox sinir ucları var. Xüsusi qayğıya ehtiyacı olan dodaqlar bəzən sağlamlığımızla əlaqədar bəzi problemlər barədə müəyyən mesajlar verir.
Avromedia.az bu yazıda oxucuları dodaqların bədən sağlamlığı ilə əlaqəsini göstərən 8 işarə ilə tanış edib.
1. Dodaqlarda uçuq (Herpes)
Dodaqdakı uçuq ağrılı və ya narahatedicidir. Çox vaxt zərərsiz olan bu şişkinlik müalicəsiz yox ola bilər. Bunlar dodağınıza etdiyiniz estetik müdaxilələr və bədənin bəzi qidalara verdiyi reaksiya nəticəsində meydana gəlir. Ancaq başlıca səbəb herpes virus infeksiyasıdır.
2. Ağızın küncündəki çatlar
Tüpürcəyin ağzınızın kənarlarına toxunması çat yarada bilər. Quru dodaqları tez-tez yalamaq əslində nəm infeksiyalar üçün mükəmməl mühit yaradır.
3. Quru və çatlamış dodaqlar
Dodaqlarınızdakı quruluq bədəninizdə nəm çatışmazlığını göstərə bilər. Nəm balansının pozulması qapalı məkanlarda çox olma, az maye qəbulu və ya stress sayəsində baş verə bilər. Qurumuş dodaqların digər səbəbi allergiyadır. Qaşıntı hiss edirsinizsə, mütəxəssis müayinəsindən keçin.
4. Dodağın ətrafındakı qırmızı halqa
Ağız ətrafındakı qırmızı halqanın ən çox görülən səbəblərindən biri yalama dermatidir. Dodaqları təkrar yalamaq onun ətrafındakı dəridə olan təbii yağları qurudur, nəticədə qırmızılıq və qaşıntı yaranır. Sadə nəmləndiricilərlə bu vərdişdən xilas ola bilərsiniz.
5. Üst dodaqdakı qırışlar
Üst dodağınızda qırışlar görməyə başlamısınızsa, bu həm fiziki, həm də emosional səbəblərdən dolayı baş verir. Stress səbəbilə çox siqaret çəkmək kimi pis vərdişinizə son qoyun.
6. Dodaqlarda rəng dəyişikliyi
Solğun dodaqlar qanda oksigenin zəif dövranını göstərir. Əl və ayaq barmaqlarında eyni hal ola bilər. Ağ və ya solğun rəngli dodaqlar da əslində tibbi müdaxilə tələb edən anemiyanın olduğuna dair işarədir. Qanda şəkər səviyyəsinin az olması, qan dövranı problemləri və ya vitamin çatışmazlığı da buna səbəb ola bilər.
7. Şişmiş dodaqlar
Şişkinlik allergik reaksiya əlaməti ola bilər. Kosmetik vasitələrdən istifadə edərkən dodaqlarınızın böyüdüyünü müşahidə etsəniz, onlardan mümkün qədər imtina edin. Dodağınız qısa müddət ərzində böyüsə, həkimlərdən kömək istəyin.
8. Dodaqlarda qara ləkələr
Dodaqlardakı qara ləkələrin səbəbi müxtəlifdir. Hiperpiqmentasiya qəhvəyi ləkələrə səbəb ola biləcək yayılmış vəziyyətdir. Bunu yalnız dodaqlarda deyil, yanaq, burun və alında da görə bilərsiniz. Günəş də ləkələrə səbəb ola bilər. Vücudunuzda lazım olduğundan daha çox dəmirin olması da digər səbəbdir. Odur ki, mütləq həkim müayinəsinə gedin.(publika.az)скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ