50 minə yaxın insan koronavirusdan sağalıb
Tarix: 4-03-2020, 08:18
Baxılıb: 1 030
Google+ Paylaş
Tumblr Paylaş

50 minə yaxın insan koronavirusdan sağalıb

4-03-2020, 08:18

Çində koronavirusdan ölənlərin və yoluxanların sayı açıqlanıb.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Gigiyena və Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.
Məlumata görə, virusdan ölənlərin sayı 2 981, yoluxanların sayı isə 80 270 nəfərə çatıb.
Son məlumata görə, 31 əyalətdə virusa yoluxma qeydə alınıb. Virusa yoluxmuş 49 856 nəfər sağalaraq xəstəxanalardan evə buraxılıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 78 ölkə və regionu əhatə edir.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də yeni növ pnevmoniyanın adını COVID-19 qoyub
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ