Koronavirusa qarşı ƏN EFFEKTİV VASİTƏ
Tarix: 29-02-2020, 19:06
Baxılıb: 1 520
Google+ Paylaş
Tumblr Paylaş

Koronavirusa qarşı ƏN EFFEKTİV VASİTƏ

29-02-2020, 19:06

Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov sarımsaq və soğanı koronavirus üçün ən yaxşı dərman adlandırıb.
Avromedia.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, "1 + 1" kanalında yayımlanan "Güc hüququ" televiziya proqramında qonaq olan katib sarımsaq və soğanı koronavirus üçün ən effektiv vasitə olduğunu açıqlayıb.
“Koronavirus üçün ən yaxşı dərman salo (Heyvan mənşəli bərk piydir, heyvanların güclü qidalandığı dövrdə onların orqanizmində toplanıb yığılan yağ qatıdır. Salo heyvan orqanizmində yığılan, tərkibində yüksək miqdarda doymuş yağ turşrları olan qida ehtiyatlarıdır, kimyəvi tərkibi əsasən triqliceridlərdən ibarətdir-müəl.), soğan və sarımsaqdır. Bunlar ən yaxşı dərmanlardır. Biz davamlı olaraq bəzi gərgin mövzulardan danışırıq. İnsanları bir qədər sakitləşdirmək lazımdır” , - deyə siyasətçi vurğulayıb.
Danilovun sözlərinə görə, məmurlar yüksək keyfiyyətli dərmanlar satılması üçün aptek şəbəkələrini izləyirlər.
O, ölkədə dərman istehsalına və tədarükünə nəzarət sisteminin inkişaf etdiyini açıqlayıb. Siyasətçinin sözlərinə görə, hər bir aptek gündəlik hesabat verəcək.
Xatırladaq ki, Ukrayna sakinləri bu yaxınlarda Çinin Vuhan əyalətindən qayıdan həmyerlilərinə çox xoşagəlməz reaksiya verib. Belə ki, Poltava ərazisində kütləvi iğtişaşlar başlayıb, ukraynalılar həmyerliləri ilə birlikdə avtobuslara daş ataraq təxliyyə olunanların gətirilməsinə etiraz edib. Ternopildə, Medobori sanatoriyasının girişində isə onlarla yerli sakin dualar oxuyub.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ