Soyuq günlərdə yanınızdan ayırmayın - QANINIZ ARTACAQ, ƏSƏBLƏRİNİZ SAKİTLƏŞƏCƏK
Tarix: 10-02-2020, 23:21
Baxılıb: 2 522
Google+ Paylaş
Tumblr Paylaş

Soyuq günlərdə yanınızdan ayırmayın - QANINIZ ARTACAQ, ƏSƏBLƏRİNİZ SAKİTLƏŞƏCƏK

10-02-2020, 23:21

Rusiyalı fitoterapevt Anjelika Dyuval xurmanın faydasını açıqlayıb.
Avromedia.az bildirir ki, həkimin sözlərinə görə, xurma A, B və C vitamini ilə zəngindir:
"Xüsusilə payızda əhəmiyyətli olan bu vitaminlər immuniteti gücləndirir, orqanizmi müxtəlif infeksiyalara qarşı möhkəmləndirir və əsəb sistemini tənzimləyir. Xurmanı həftədə 2-3 dəfə, tər halda istifadə edin".
Həkim sözlərinə əlavə edib:
"Xurma yod və dəmirlə zəngindir, onlar isə orqanizmə istənilən vaxt lazımdır. Meyvə anemiya və ürək-damar sistemi xəstəlikləri ilə üzləşənlər üçün xüsusilə əvəzedilməzdir. Tərkibində az miqdarda turşu olduğundan, mədə xəstəlikləri olanlar da istifadə edə bilər. Üzümdən fərqli olaraq xurma az kalorilidir. Diabetlərin gündə 1 xurma yeməsi tövsiyə olunur. Sağlam şəxslər isə gündə 2-3 meyvə yeyə bilər". (publika.az)
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ