Tibbi maskalar virusdan qoruyurmu, necə istifadə etməli? - Professor aydınlıq gətirdi
Tarix: 30-01-2020, 08:46
Baxılıb: 2 545
Google+ Paylaş
Tumblr Paylaş

Tibbi maskalar virusdan qoruyurmu, necə istifadə etməli? - Professor aydınlıq gətirdi

30-01-2020, 08:46

Hazırda yayılmış kəskin respirator virus infeksiyalarından qorunmaq üçün insanlar müxtəlif üsullardan istifadə edir. Bunlardan biri də qoruyucu maskalardır. Demək olar ki, küçəyə çıxarkən qoruyucu maskalardan istifadə edən xeyli insanla rastlaşırıq. Bəs tibbi maskalar viruslara qarşı nə dərəcədə effektlidir?
Avromedia.az bildirir ki, mövzu ilə əlaqədar professor Adil Qeybulla, medicina.az-a açıqlama verib.
Onun sözlərinə görə maskalardan düzgün istifadə etmək lazımdır:
"Virusların əksəriyyəti hava-damcı yolu ilə yayılır. Maskalar isə havadakı virusları keçirtmədiyi üçün effektlidir. Bu maskalar virusların yayılmasının qarşısını almaqda xüsusi kömək etmiş olur. Lakin maskalardan daimi istifadəyə ehtiyac yoxdur. İnsanların kütləvi olduğu yerlərdə, ictimai nəqliyyatda, metroda və s. taxmaq lazımdır. Bəzən insanlar xəstə olarkən ev şəraitində də maskadan istifadə edirlər. Evdə qoruyucu maska taxmağa ehtiyac yoxdur. Onun əvəzində otağın havasını dəyişmək, otağa gün işığının düşməsini təmin etmək lazımdır".
Professor kəskin respirator viruslardan qorunmaq üçün tək maskadan istifadə deyil, digər tədbirlərin görülməsinin də vacib olduğunu qeyd edib:
"Bundan əlavə insanlar geyim formasına fikir verməlidir. Soyuqdəymə xəstəliklərinin əksəriyyəti geyimlərin düzgün seçilməməsinə bağlıdır. Havanın temperaturu bəzən qalxıb-enir. Hava azca qızanda insanların əksəriyyəti daha nazik geyimlərlə bayıra çıxırlar. Lakin hava qəfil dəyişə bilər. Buna görə mütləq üst geyimlərinə diqqət edilməlidir. Belə hava dəyişkənliyi immun sistemini xeyli zəiflədir. Zəif immun sistemi isə viruslar üçün əlverişli olur. Əlavə olaraq düzgün qidalanmaq, immun sistemi gücləndirmək lazımdır. Səhərlər idmanla, gimnastikayla məşğul olmaq, uşaqlara vitaminli siroplar vermək və s kimi tədbirlər var ki, bunlar hamısı viruslar əleyhinə profilaktika hesab olunur".
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ