Votsapda qəribə xəbərdarlıq: Bananda koronavirus?..
Tarix: 29-01-2020, 08:43
Baxılıb: 1 930
Google+ Paylaş
Tumblr Paylaş

Votsapda qəribə xəbərdarlıq: Bananda koronavirus?..

29-01-2020, 08:43

Çində koronavirus yayıldıqdan sonra bu xəstəliyin Azərbaycana gəlməsi ehtimalı ilə bağlı həyəcan təbili çalınır. Ekspertlər bu virusun ölkəmizdə yayılma ehtimalının çox az olduğunu bildirsələr də, sosial şəbəkələrdə, xüsusən Votsapda təhlükəli durumla bağlı xəbərdarlıq edilib.
Azərbaycanda Votsap istifadəçiləri arasında yayılan mesajda bu virusun banandan insana keçməsi haqda fikirlər səsləndirilib və əhaliyə çağırış edilib.
Məsələ ilə bağlı Axar.az-a danışan iqtisadçı ekspert Vahid Məhərrəmov bildirib ki, sosial şəbəkələrdə yayılan bu məlumat şayiə xarakteri daşıyır. Ekspert qeyd edib ki, Votsapda və digər sosial şəbəkələrdə bu səpkidə xəbərdarlıq mesajlarının, səs yazılarının yayılması təxribatdır.
Qeyd edək ki, Votsapda yayılmış xəbərdarlıq mesajında bunlar yazılıb:
“Koronavirusla bağlı xəbərdarlıq! Çin kanalının xəbərində banan yeməməklə bağlı xəbərdarlıq edilib. Bu mesajı alan kimi dərhal digər insanlara da göndərin. Banan qəbulunu azaldın!”
Koronavirusla bağlı bütün açıqlamalarda daha çox heyvani məhsullardan qorunmaq lazım gəldiyi bildirilir. Banan isə ümumiyyətlə Çindən idxan olunmur və bu meyvənin Çinə heç bir aidiyyəti yoxdur.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ